Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əkinçilik aqrar iqtisadiyyatın möhkəmləndirilməsinin mühüm amilidir

Əkinçilik aqrar iqtisadiyyatın möhkəmləndirilməsinin mühüm amilidir

Bakı, 24 may, AZƏRTAC

Aqrar sənaye kompleksi qarşısında duran mühüm vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün, ilk növbədə, kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpaqdan dolğun və səmərəli istifadə edilməlidir. Torpaq ehtiyatlarının məh¬dud¬luğu, Ermənistanın hərbi təcavüzü və bunun nəticəsində kənd təsərrüfatı təyinatlı tor¬paq¬ların böyük qisminin yararsız hala salınması, respublika əhalisinin özünə¬məx¬sus demoqrafik xüsusiyyətləri şəraitində torpaqdan səmərəli istifadə bu baxımdan müs¬təsna əhə-miyyət kəsb edir.

Məlum olduğu kimi, cari il respublikamızda “Kənd təsərrüfatı ili” elan edilib. Bununla bağlı Prezident İlham Əliyevin 2015-ci il 3 aprel tarixli Sərəncamı ilə təsdiqlənən Tədbirlər Planında Kənd Təsərrüfatı Nazirliyinə hər bir iqtisadi rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla, kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşdırılması üzrə təkliflərin hazırlanması tapşırılıb. Bəs ölkə ərazisində hansı torpaq tipləri mövcuddur və bu torpaqlardan istifadə edərkən hansı bitkilərə üstünlük verilməlidir? Sualımıza kənd təsərrüfatı elmləri namizədi, Azərbaycan Dövlət Aqrar Universitetinin torpaqşünaslıq və aqrokimya kafedrasının dosenti Arif Hüseynov aydınlıq gətirir:

- Hələ qədim dövrlərdən insanlar torpaqdan istifadə edərkən onu bitkilərin məhsul vermək

qabiliyyəti nöqteyi-nəzərindən qiymətləndirməyə cəhd etmişlər. Ona görə də münbitlik anlayışı insanlara çoxdan məlum idi və istehsal vasitəsi kimi torpağın ən əhəmiyyətli xassəsi hesab olunurdu.

Respublika ərazisində olan müxtəlif torpaq tipləri hər biri ayrı-ayrılıqda əkinçilik üçün ixtisaslaşıb. Məsələn, dağ-çəmən torpaqları Böyük və Kiçik Qafqaz, Talış yüksək dağ¬lıq zonalarında yayılıb. Bu torpaqların yayıldığı sahələrdən yay otlaqları kimi istifadə olunmalıdır. Yaylaqların məhsuldarlığını artırmaq üçün eroziyaya qarşı mübarizə tədbirləri aparılmalı, mineral və üzvi gübrələrdən istifadə edilməli, bəzi sahələrdə səthi yaxşılaşdırma işləri həyata keçirilməlidir. Bu torpaqları qorumaq və onların məhsuldarlığını artırmaq məqsədilə yaylaqların hər bir hektarına düşən mal-qaranın sayına (otarma normasına) ciddi nəzarət etmək çox vacibdir.

Dağ-çəmən bozqır torpaqları Böyük Qafqazın Şərq hissəsində, Kiçik Qafqaz vilayətində, Qarabağ yaylasında müstəqil tip kimi ayrılıb. Əsasən təbii biçə¬nək¬lər kimi istifadə olunmalı, müəyyən hissələri isə taxıl və kartof əkinləri üçün yararlıdır.

Lənkəran zonasında isə sarı dağ-meşə və podzollu sarı torpaqlar yayılıb. Bu ərazi rütubətli sub¬tro¬pik¬lərin səciyyəvi torpaq tipidir. Bu torpaqlarda sitrus bitkiləri, tərəvəz, çəltikçilik və çayçılığı inkişaf etdirmək daha məqsədəuyğundur. Uzun müddət və çox zaman düzgün olmayan becərmə ilə yanaşı, qrunt sularının səthə yaxınlığı və qleyləşmə pro¬sesinin inkişafı da bu torpaqların aqronomik dəyərini bir qədər aşağı salır. Burada sahələrdən uzun müddət intensiv şəkildə istifadə olunarkən yüksək məhsul əldə edilməsi üçün əsaslı meliorativ tədbirlər, birinci növbədə qurutma, səth axınların tənzimlənməsi, qrunt sularının axıdılması, ardıcıl şəkildə üzvi gübrələrin verilməsi və s. həyata keçirilməlidir.

Taxılçılığı və bağçılığı Böyük və Kiçik Qafqazın dağ və dağ ətəklərində inkişaf etdirmək məqsədəuyğundur. Burada qonur dağ-meşə torpaqları və çimli karbonatlı dağ-meşə torpaqları mövcuddur. Bu bölgələr təbii münbitliyi ilə fərqlənir.

Dağ qaratorpaqları Böyük Qafqazın dağətəyi və alçaq dağlıq zonalarında, Şamaxı yaylasında, Kiçik Qafqazda, Qarabağ silsiləsinin Şimal yamaclarında, həmçinin Gədəbəy rayonunda inkişaf edib. Bu ərazilərdə kartof, taxıl, günə¬ba¬xan və meyvə bağları becərilir. Lakin aqrotexniki qaydalara düzgün əməl olun¬ma¬ma¬sı səthi eroziyanın inkişaf etməsinə və torpaqların münbitlik səviyyəsinin xeyli aşa¬ğı düşməsinə səbəb olur.

Respublikamızda geniş yayılan torpaq tiplərindən biri də qəhvəyi dağ-meşə torpaqlarıdır. Böyük və Kiçik Qafqazın orta və alçaq dağlıq qurşaqlarında, Naxçıvan Muxtar Respublikasında, Qanıx-Əy¬ri¬çay vadisi və Lənkəran vilayətində xeyli ərazini tutur. Bu torpaqların bir hissəsi kənd təsərrüfatı dövriyyəsinə daxil edilib. Yüksək potensial münbitliyə malik bu torpaqların yayıldığı alçaq və orta dağlıq sahələrdə tütünçülük, üzümçülük, bağ¬çı¬lıq və taxılçılığın inkişaf etdirilməsi məqsədəuyğundur.

Boz-qəhvəyi torpaqlar Böyük və Kiçik Qafqaz dağlıq vilayətlə-rində geniş ərazilərdə yayılıb. Suvarma zonasından kənarda qalan ərazilərdə dəmyə əkinçiliyi inkişaf etdirilməlidir. Taxılçılıq, bağçılıq, tərəvəzçilik, üzümçülük bu əra¬zi¬lər¬də rentabelli hesab edilir. Bu torpaqlar yüksək bonitetli torpaqlar sırasına daxil¬dır.

Çəmən-boz torpaqlar geniş yayılmış torpaq tiplərindən biri olmaqla əsasən Kür-Araz ovalığında, Naxçıvan Muxtar Respublikasının düzənlik rayonlarında, Samur-Dəvəçi ovalığında geniş massivlər şəklində təmsil olunur. Suvarma əkinçiliyində istifadə edilməlidir. Yüksək bonitetli torpaqlar sıra¬sı¬na daxil edilən bu ərazilərdə pambıq, taxıl, bostan bitkilərinin becərilməsi məqsədə¬uyğundur. Növbəli əkin sistemi tətbiq edilməsi məhsuldarlığı 3-5 dəfə artıra bilər.

Boz torpaqlar isə əsasən Kür-Araz, Xəzərsahili ovalıqlarda, Arazsahili və Naxçıvan düzənliklərində yayılıb. Bu torpaqlarda humusun miqdarının az olmasına bax¬ma¬yaraq, çox keyfiyyətli hesab edilir. Suvarma əkinçiliyinin istənilən sahə¬si¬ni bu ərazilərdə inkişaf etdirmək olar. Yonca-pambıq növbəli əkin sistemi bu tor-paq¬lar üçün çox rentabellidir.

Yuxarıda göstərilən torpaq tiplərindən başqa respubilkamızın ərazisində ba¬taq¬lıq, çəmən-bataqlıq torpaqları, qumluqlar və şoran torpaqlar da mövcuddur. Əkinçiliyin bu torpaqlarda da inkişaf etdirilməsi zəruridir. Şoranlaşmış torpaqlar respublikamızın quru bozqır və səhra-bozqır zonasında ge¬niş yayılıb. Kənd təsərrüfatı sahələrinin genişləndirilməsindən ötrü bu torpaq¬lar böyük ehtiyat hesab olunur. Lakin bu torpaqlar aşağı münbitlik xassəsinə malik ol¬duğundan, əsaslı meliorasiya işləri aparılmadan onların mənimsənilməsi mümkün deyil. Bu torpaqların münbitliyini yüksəltməkdən ötrü ən radikal vasitə gipsləşdirmə işini aparmaqdır.

Sonda onu qeyd etmək istərdim ki, əkinçilik aqrar iqtisadiyyatımızın möhkəmləndirilməsinin mühüm amilidir. Ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğı göz önündədir. Cari ilin “Kənd təsərrüfatı ili” elan edilməsi isə aqrar sahənin qeyri-neft sektorunun şaxələndirilməsində prioritet istiqamət olduğunu əyani göstərir. Hər bir fermer, sahibkar dövlət dəstəyindən yararlanmaqla yanaşı, bölgələrimizdə torpaq tipinə uyğun əkinçiliklə məşğul olsa, bu sahənin inkişafına daha çox xeyir verər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR