Ekologiya İdarəsinin mütəxəssisləri təlim kursunda iştirak edirlər
Bakı, 7 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisə və təşkilatlarına təhkim olunan ekologiya idarəsinin 21 nəfər mütəxəssisi üçün Təlim Tədris və Sertifikatlaşdırma İdarəsində aprel ayının birindən başlayaraq on iki günlük təlim kursları keçirilir.
AZƏRTAC xəbər verir ki, kursun məqsədi təhkim olunan mütəxəssislərin müəssisə və təşkilatlarda fəaliyyətinin səmərəli təşkili, ekoloji məsələlərin həlli və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
Kurslarda mütəxəssislərə təhkim olunduqları müəssisə və təşkilatların istehsal profilinə uyğun olaraq ətraf mühitin mühafizəsi qaydaları, Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi üzrə qanunvericilik aktları, normativ sənədlər, beynəlxalq standartlar (İSO), təhlükəsizlik texnikası, tullantıların idarə olunması, torpaqların və su hövzələrinin çirklənmədən mühafizəsi, lay sularının idarə olunması, neft sənayesində ekoloji qəzalar və onların aradan qaldırılması, ekoloji auditin keçirilməsi, ekoloji risklər və onların idarə olunması, ətraf mühitə təsirin qiymətləndirilməsi, müəssisələrin ekoloji tədbirlər planlarının icrası, o cümlədən həyata keçirilən layihələrin icrası zamanı ARDNŞ-in “Ekoloji Siyasət” sənədinin prinsiplərinə əməl edilməsinin təmin olunması mövzusunda biliklər tədris olunur və seminarlar keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]