Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxalq Yer Günü ilə əlaqədar tədbir keçirilmişdir
Bakı, 16 aprel (AZƏRTAC). Xəbər verildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETNS) tərəfindən hər il 22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 16-da Beynəlxalq Yer Günü ilə əlaqədar ETSN-in mütəxəssisləri Bakı şəhəri Yasamal rayon 225 nömrəli orta məktəbin kollektivi ilə görüş keçirilmişdir.
Görüşdə məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verilmiş, məktəbliləri maraqlandıran suallar nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılmışdır.
Qeyd edək ki, Beynəlxalq Yer Gününün qeyd olunması ХIХ əsrin 40-cı illərindən başlansa da, tədricən beynəlxalq xarakter alaraq hazırda 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]