Ekvadorda iğtişaşlar zamanı 13 nəfər həlak olub
Bakı, 10 yanvar, AZƏRTAC
Ekvador hökuməti həbsxanalarda xaotik vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı elan etdikdən sonra cinayətkar dəstələr iğtişaşlar törətməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Ekvador mətbuatının bu gün yaydığı məlumata görə, azı 13 nəfər iğtişaşların qurbanı olub. Onlardan 11 nəfəri mülki şəxs, ikisi isə polis əməkdaşıdır. Yanvarın 8-dən indiyədək ölkənin bir sıra şəhərlərində cinayətkar dəstələr 29 silahlı hücum həyata keçirib. Hücuma məruz qalan yerlər arasında telekanal və bir neçə xəstəxana da var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 40-dan çox şəxsi saxlayıb. Ekvador Prezidenti Daniel Noboa yaranmış vəziyyəti “daxili silahlı münaqişə” kimi qiymətləndirib. Əmək Nazirliyi dövlət və özəl qurumlara məsafədən işə keçməyi tövsiyə edib.
Son illər Ekvadorda zorakılıq halları kəskin artıb. 2022-ci ildə ölkədə 100 min nəfərə təxminən 25 qətl hadisəsi qeydə alınıb. Həbsxanaların bir çoxu cinayətkar qruplaşmalar tərəfindən idarə olunur və orada mütəmadi olaraq toqquşmalar baş verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
- 09.10.2026 [06:44]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]