Əlcəzair qəzetində İƏT-in XV Zirvə Toplantısı haqqında məqalə dərc edilib
Qahirə, 1 dekabr, AZƏRTAC
Əlcəzairin “Əl Vasit” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilmiş XV Zirvə Toplantısı haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə Toplantısındakı çıxışının əsas məqamları diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, dövlətimizin başçısı İƏT-in mart ayında keçirilmiş Zirvə Toplantısında təşkilatın Tədqiqat Mərkəzinin Nizamnaməsinin imzalandığını qeyd edib, ulu öndər Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan ölkəmizdə yerləşəcək bu Mərkəzin fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək.
Məqalədə, həmçinin İƏT-ə üzv ölkələrin liderlərinin Azərbaycanı ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar təbrik etdikləri, Cənubi Qafqazda yaranmış yeni reallığın regional sülhə və təhlükəsizliyə zəmin yaratdığını qeyd etdikləri vurğulanıb. Eyni zamanda, kommunikasiyaların bərpası və Zəngəzur nəqliyyat dəhlizinin açılmasının İƏT-ə üzv dövlətlərin maraqlarına uyğun olduğu, habelə iqtisadi tərəqqiyə, daha sıx əməkdaşlığa gətirib çıxaracağı qeyd edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]