Elçin Əmirbəyov: Azərbaycan öz işini özü həll etməyə məcbur oldu
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan öz işini özü həll etməyə məcbur oldu. Dünya dövlətlərinin atacağı bəzi addımlar isə sülh gündəliyinə mane ola bilər. Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 20-də Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə söyləyib.
O qeyd edib ki, Ermənistan tərəfi bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək. Bu isə öz növbəsində sülh prosesinə təkan verəcək.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [12:05]
Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]