Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır
Bakı, 11 may (AZƏRTAC). Saatlı, Zərdab və Kürdəmir Elektrik Şəbəkəsi (EŞ) müəssisələrində elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində tədbirlər görülür.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Saatlı EŞ müəssisəsində aşkar edilmiş 38 qayda pozuntusuna görə 123,9 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir.
Zərdab EŞ müəssisəsində 8 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aktlar üzrə 11,9 min kilovat-saatdan artıq elektrik enerjisinin istehlak dəyəri bərpa olunmuşdur.
Kürdəmir EŞ müəssisəsində 81 qayda pozuntusu faktı aşkar edilərək aktlaşdırılmışdır. Bərpa edilmiş itirilmiş elektrik enerjisinin istehlak dəyəri 143,3 min kilovat-saatdan artıq olmuşdur.
Elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu əhali istehlakçı qrupunda aşkar edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:32]
Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb
- 09.09.2026 [12:24]
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
- 09.09.2026 [12:07]
İqtisadiyyata kredit qoyuluşları 13 faizədək artıb
- 09.09.2026 [11:59]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 09.09.2026 [11:57]
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb
- 09.09.2026 [11:55]