“Elektroenergetika haqqında” Qanuna dəyişiklik Azərbaycanın beynəlxalq mövqeyini yaxşılaşdıracaq
Bakı, 30 dekabr, AZƏRTAC
Elektrik qurğularının istismarı ilə bağlı tələblər sadələşdirilir. Bu, “Elektroenergetika haqqında” Qanuna dəyişikliklərdə öz əksini tapıb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 30-da keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəd elektrik qurğularının istismarının sadələşdirilməsi, sahibkarlıq subyektlərinin işinin yüngülləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi tələb edilən, gücü 150-200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsini (icazə tələbinin aradan qaldırılması) özündə ehtiva edir.
Bununla da tikinti obyektlərinin tələb edilən elektrik enerjisi gücü 200 kVt-dək olduqda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma işləri başa çatdırıldıqdan sonra elektrik qurğularının istismarına icazə alınması tələb olunmayacaq. Bu sənəd, eyni zamanda, “Doing Business” reytinq cədvəlində Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına xidmət edəcək.
Qanun layihəsi səsə qoyularaq bir dəfəyə qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:13]
“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO
- 09.10.2026 [11:08]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
- 09.10.2026 [11:04]
Xaçmazda mağazada yanğın olub VİDEO
- 09.10.2026 [10:49]
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
- 09.10.2026 [10:24]
Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]