Əli Həsənov: Azərbaycanda söz azadlığı sahəsində görülən işlər göz önündədir
Bakı, 11 may (AZƏRTAC). Azərbaycanda söz azadlığı sahəsində görülən işlər göz önündədir. Bir sıra beynəlxalq qurumların Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı hesabatları sadəcə təəccüb doğurur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə aşıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Ə.Həsənov bildirmişdir ki, əgər bir ölkənin mətbuatında istənilən mövzuda tənqidi fikirlərə rast gəlinirsə, istənilən dövlət məmurunun fəaliyyətini araşdırmaq və bu barədə sərbəst fikir yazmaq imkanı mövcuddursa, belə ölkədə söz, mətbuat azadlığının pozulmasından danışmaq subyektiv mövqe kimi qiymətləndirilməlidir.
Hər bir dövlət kimi, Azərbaycanın da özünün informasiya siyasəti vardır. Bu siyasətin əsas məqsədi öz dövlətinin, millətinin maraqlarını təmin etməkdir. Azad söz, azad jurnalistika ictimai əhəmiyyət daşımalı və dövlətin inkişafına xidmət etməlidir.
Ə.Həsənov əlavə etmişdir ki, medianın təsis olunması, KİV-lərin və jurnalistlərin fəaliyyəti üçün heç bir qadağanedici qanunun, mexanizmin olmadığı Azərbaycan kimi bir ölkədə mətbuat azadlığının pozulması fikrini səsləndirmək qətiyyən doğru ola bilməz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]