Elşad Ərşadoğlu: Aktyor obrazın daxilinə səyahət edib, onu yaşamalıdır
Bakı, 6 may, AZƏRTAC
Film elə məhsuldur ki, hazır olana qədər və hazır olduqdan sonra müxtəlif mərhələlərdən keçir. Ekran əsəri ilk olaraq festival həyatı yaşamalıdır. Buna görə də əvvəlcə mövzuya uyğun festivallar seçiləcək və film həmin festivallara göndəriləcək. Film mayda Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) təhvil veriləcək, ilin sonunda isə tamaşaçılara təqdim olunması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu “İşıq” filminin rejissoru və ssenaristi Elşad Ərşadoğlu deyib.
O qeyd edib ki, “İşıq” filminin çəkilişləri zamanı hava şəraiti tez-tez dəyişib. “Məsələn, qəbiristanlıq səhnəsini çəkməli idik, bir gün dumanlı, digər gün isə günəşli hava olurdu. Çöl çəkilişlərini bitirib ev səhnələrini sonraya saxlamışdıq. Bir neçə dəfə aktyorlarla görüşmüşdük, amma mən dialoqların əzbərlənməsinin tərəfdarı deyiləm. Aktyor obrazın daxilinə səyahət edib, onu yaşamalıdır. Bizim aktyorlar peşəkardır. Ümumiyyətlə, ssenarini yazmağa başlayanda artıq konkret aktyoru nəzərdə tuturam və ssenarini onun xarakterinə uyğun qururam. Bu da kastinq prosesini asanlaşdırır və vaxt itkisinin qarşısını alır”,-deyə rejissor əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]