Əməkdar mühəndis AzTU-nun tələbələrinə ustad dərsi keçib
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərsi keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, “Optik şəbəkələr üzərindən çoxkanallı rabitənin təşkili” mövzusunda keçirilən dərs Əməkdar mühəndis, rabitə ustası Məzahir Vəliyev tərəfindən aparılıb. O, transmissiya avadanlığı, pon şəbəkəsinin təşkili (passiv optik şəbəkə) haqqında tələbələrə məlumat verib.
Sonda tələbələrin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.