ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALANMIŞDIR
İyulun 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Əməkdaşlıq sazişinin imzalanması mərasimi keçirilmişdir.
Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev və BQXK nümayəndəliyinin başçısı Floran Korna çıxış edərək, saziş haqqında ətraflı məlumat verdilər.
Sazişə əsasən, Qarabağ müharibəsi nəticəsində yaralanmış və amputasiya olunmuş insanlara ortopedik ləvazimatlarla yardım göstəriləcək, Gəncə və Naxçıvan şəhərlərində reabilitasiya xidmətləri təşkil ediləcək, 1827 nəfər üçün 3265 protez və ortozlar onların ölçüsünə görə uyğunlaşdırılacaq, milli və beynəlxalq sertifikatlar verilməklə 7 texnik hazırlanacaqdır. Bu il ərzində BQXK-nın qismən maliyyə yardımı ilə Gəncədə bu təşkilatın avadanlıq və ləvazimatları ilə təchiz olunacaq Protez-Ortopedik Bərpa Mərkəzin filialının inşası, Bərpa Mərkəzinə, onun Gəncə və Naxçıvan filiallarının ildə 1000 protez və ortoz üçün material və komponentlərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Protezləşdirmə və ortozlaşdırma sahəsində milli mütəxəssislərin hazırlanmasına kömək məqsədi ilə iki nəfər həkim xaricə kursa göndəriləcəkdir.
Sazişi əmək və əhalinin sosial müdafiəsi naziri Ə.Nağıyev və BQXK nümayəndəliyinin başçısı F.Korna imzaladılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]