Emin Əmrullayev: Bu mövsüm basketbolumuz üçün çox uğurlu oldu
Bakı, 14 may, AZƏRTAC
Basketbolumuz üçün çox uğurlu mövsüm oldu. Azərbaycan Basketbol Liqasında (ABL) ilk dəfə 12 komanda mübarizə apardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkə çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Final seriyasında "Neftçi" və "Sabah" kollektivləri arasında maraqlı mübarizənin getdiyini vurğulayan federasiya rəhbəri çempion olan komandanı təbrik edib: "Kifayət qədər gərgin mübarizə şəraitində keçən görüş izlədik. Hər iki komanda layiqli çıxış etdi. "Sabah"ı çempionluq münasibətilə təbrik edirəm. Qeyd etmək lazımdır ki, "Abşeron" və "Şəki" bu mövsümün ən sürpriz klubları oldular. Ümid edirəm ki, ildən-ilə çempionat daha maraqlı olacaq".
O, yeni mövsümün formatında müəyyən dəyişikliklərin ola biləcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən mövsümün son qarşılaşmasında "Sabah" "Neftçi"ni 83:78 hesabı ilə məğlub edib. Beləliklə, seriyada 4:2 hesablı qalibiyyət əldə edən "tələbələr" ardıcıl üçüncü dəfə ABL-in qızıl medallarına sahib çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [15:19]
Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq
- 31.10.2026 [13:05]
Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək
- 31.10.2026 [12:37]
AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- 30.10.2026 [20:55]
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub
- 30.10.2026 [20:50]
Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb
Əsrə bərabər 35 il
- [16:01]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb
- 30.10.2026 [23:43]