Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbəri moldovalı həmkarı ilə görüşüb

Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Moldovanın Milli Enerji Tənzimləmə Agentliyinin (ANRE) direktoru Aleksey Tara ilə görüşüb.
AERA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə İdarə Heyətinin sədri Samir Axundov AERA-nın fəaliyyəti, eləcə də Azərbaycanda enerji tənzimləmə sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı ikitərəfli əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər də müzakirə olunub.
Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən Moldovanın Milli Enerji Tənzimləmə Agentliyi (ANRE) enerji sektoru (təbii qaz, elektrik enerjisi, istilik enerjisi, bərpa olunan enerji, neft məhsulları) və su təchizatı üzrə tənzimləmə və monitorinq həyata keçirən qurumdur.