Ərəb dövlətləri xidmətlər ticarətinin liberallaşdırılmasına hazırlaşır
Ər-Riyad, 4 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının xarici ticarət üzrə baş komitəsi “Ərəb dövlətləri arasında xidmətlər ticarətinin liberallaşdırılmasına dair Saziş”in üç ərəb dövləti - Səudiyyə Ərəbistanı, Misir və İordaniya tərəfindən ratifikasiya prosesi başa çatdıqdan sonra cari il oktyabrın 14-dən qüvvəyə minəcəyini elan edib.
AZƏRTAC SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, sənədin 32-ci maddəsinə müvafiq olaraq, azı üç ərəb ölkəsi tərəfindən ratifikasiya etimadnamələrinin saxlanma üçün verilməsindən sonra hazırkı saziş 3 aydan sonra qüvvəyə minir. Digər ərəb dövlətlərinin də ratifikasiya prosesini başa çatdıracağı və ratifikasiya etimadnamələrini saxlanma üçün ötürəcəyi gözlənilir.
Xarici ticarət üzrə baş komitənin rəisi Əbdül Rəhman Əl-Harbi bildirib ki, bu saziş ərəb ölkələri arasında üç istiqamətdə xidmətlər ticarətinin liberallaşdırılmasını nəzərdə tutur. Xüsusən, xidmətlər ticarətinin tədricən liberallaşdırılması üçün ümumi çərçivələrin yaradılması planlaşdırılır. Ərəb iqtisadi əməkdaşlığının genişləndirilməsi və aktivləşdirilməsi məqsədilə xidmətlər ticarəti üçün əlverişli şəraitin yaradılması, hüquq və vəzifələr arasında qarşılıqlı faydalı əsasda və balansda xidmətlər sahəsində ərəb ölkələrinin ümumi maraqlarına yardım, həmçinin sazişin hər bir iştirakçı dövlətinin inkişafı üçün imkanların yaradılması bu plana daxildir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]