Ərəbdilli əlyazmalar tədqiq olunur
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin əsas fəaliyyət istiqaməti Azərbaycan və başqa müsəlman xalqlarının institutda saxlanılan ərəbdilli abidələrinin tədqiqi və nəşri, mənbəşünaslığın elm və mədəniyyət tarixinə aid müxtəlif məsələlərinin, islamşünaslıq problemlərinin tədqiqi, klassik əsərlərin elmi-tənqidi mətnlərinin hazırlanmasıdır.
İnstitutda saxlanılan ərəbdilli əlyazmaların üçcildlik kataloqu nəşr edilmişdir.
AZƏRTAC xəbər verir ki, şöbənin əməkdaşları ayrı-ayrı orta əsr ərəbdilli yazılı abidələrin filoloji-tekstoloji tədqiqi, Azərbaycan arxeoqrafiya və paleoqrafiyasının aktual problemləri, orta əsr mətnşünaslıq məsələlərinin nəzəri əsaslandırılması və praktiki icrası, elm və ədəbiyyat tarixinə dair mühüm abidələrin elmi tənqidi mətnlərinin tərtibi və faksimile nəşri, tərcümə abidələrinin öyrənilməsi istiqamətində işləyirlər.
İlahiyyat elmləri ilə bağlı çoxsaylı ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri sahəsində aparılan araşdırmalar da şöbədə əsas yer tutur. Burada islamşünaslığın ayrı-ayrı məsələləri, bu sahədə fəaliyyət göstərmiş orta əsr Azərbaycan alimləri və onların elmi irsi üzərində samballı elmi araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]