ƏRƏBİSTAN GƏNCLƏRİNİN AZƏRBAYCANA SƏFƏRİ DAVAM EDİR
Qonaqlar Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində görüşlər keçirmiş, Bakı Olimpiya İdman Kompleksi, Tofiq Bəhramov adına Respublika stadionu, İçərişəhər tarixi-memarlıq qoruğu ilə tanış olmuşlar.
Ərəbistan gəncləri Sabirabadda məskunlaşmış məcburi köçkünlərlə də görüşmüş, onların yaşayış şəraiti ilə maraqlanmışlar.
Qobustan dövlət tarixi-bədii qoruğu, Şamaxıda Mirzə Ələkbər Sabirin ev-muzeyi, Şamaxı Astrofizika Rəsədxanası, “Star” televizor zavodu və Cümə məscidi, Gəncədə Nizami Gəncəvinin məqbərəsi, “Xan bağı”, Heydər Əliyev muzeyi, Şah Abbas və Cümə məscidləri, Olimpiya İdman Kompleksi, Kənd Təsərrüfatı Akademiyası qonaqlarda unudulmaz təəssürat oyatmışdır.
Qonaqlar səfər etdikləri şəhər və rayonların yerli hakimiyyət orqanlarında görüşlər keçirir, bölgələrdəki gənclərin fəaliyyəti ilə yaxından tanış olurlar.
Ərəbistan gəncləri sentyabrın 14-də Şəki, 15-də Qəbələ və 16-da Bakının tarixi-mədəniyyət abidələrinə, mənzərəli guşələrinə səyahət edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]