ERMƏNİLƏR GÜRCÜSTANDAKI BƏZİ TARİXİ ABİDƏLƏRƏ DƏ GÖZ DİKMİŞLƏR
Gürcüstan İlahiyyat Akademiyası tarix kafedrasının müdiri professor Serqo Vardosanidze ermənilərin XIX əsrdən başlayaraq tarixi daha çox saxtalaşdırdığını bildirmişdir. Onun sözlərinə görə, erməni və gürcü tarixçiləri, filoloqları arasında Gürcüstan və Ermənistanın siyasi-mədəni həyatına dair (orta əsrlər) mübahisəli mövzular mövcuddur. Bunların arasında Tao-Klarceti kilsə-monastrı xüsusi yer tutur. Vardosanidze deyir ki, bəzi erməni alimlər bu kilsə-monastrın gürcülərə məxsusluğuna şübhə edirlər.
İ.Cavaxişvili adına Gürcüstan Dövlət Universitetinin bir qrup alimi son vaxtlar erməni nəşrlərində tarixin saxtalaşdırılmasına dair materialların dərc olunmasından hiddətlənərək, Ermənistanın Gürcüstandakı səfirliyinə erməni alimlərin bu yoldan çəkinməsi tələbi irəli sürülən müraciət göndərmişlər. Axalsixe rayonunun Türkiyə ilə sərhəddə yerləşən qədim gürcü kilsəsinin qalıqlarının yerində ermənilərin yeni kilsə tikməsi gürcülərin narahatlığına səbəb olmuş, onlar Gürcüstan patriarxlığından bununla əlaqədar təsirli tədbir görməyi tələb etmişlər.