ERMƏNİPƏRƏST GƏNCLƏRƏ ETİRAZ ETMİŞLƏR
Tədbirdə “İrəli” Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçiləri Ceyhun Osmanlı, Fərhad Məmmədov, Ziya Əliyev, Elnarə Qəribova və Röya Talıbova çıxış edərək, Ermənistanda olmuş gənclərin əməlini pisləmiş, Azərbaycan gəncləri arasında onlara yer olmadığını bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanın ermənilər tərəfindən törədilən faciələri və torpaqlarımızın 20 faizinin işğal altında olmasının beynəlxalq aləmə çatdırıldığı bir vaxtda bu gənclərin düşmənlərlə bir yerdə yaşaması, erməni aşpazlarının bişirdiyi Azərbaycan xörəkləri ilə qidalanması cəmiyyəti narahat edir. Natiqlər xüsusi vurğulamışlar ki, bu mənəviyyatsızlar milli-mənəvi dəyərlərimizə zərbə vurur.
Qeyd edilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayanadək ölkələr arasında heç bir sahədə əməkdaşlığın olmayacağı barədə bəyanat verilməsinə baxmayaraq, Helsinki Vətəndaş Assambleyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, ermənipərəst Arzu Abdullayevanın rəhbərliyi ilə bu gənclər həmin düşərgədə iştirak etməklə ermənilərin hiyləgər siyasətinə dəstək vermişlər. Onlar da bundan istifadə edərək, KİV-lərdə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək məqsədi daşıyan yazılar dərc etdirmişlər. Bununla ermənilər mövcud problemlərə baxmayaraq, Azərbaycan, Ermənistan və qondarma Dağlıq Qarabağ respublikası gənclərinin birlikdə mehriban yaşamağı bacardıqlarını “sübut” etməyə çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]