SİYASƏT
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər VİDEO
Bakı, 1 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 103 dəfə pozulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan ordusunun bölmələri yanvarın 31-də və fevralın 1-də gecə Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Nəmirli, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Goranboy rayonunun Tap Qaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.