ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ TOVUZ VƏ AĞDAM RAYONLARINDA ATƏŞKƏSİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 22-də saat 20.35-dən 21.10-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Koxa Nəbi kəndləri ərazisində yerləşən mövqelərini, saat 14.10-dan 14.20-dək və 18.00-dan 18.10-dək Ağdam rayonunun Şurabad və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.