Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanda qiymət artımı və milli valyutanın məzənnəsi ilə bağlı problemlər – Təhlil

Ermənistanda qiymət artımı və milli valyutanın məzənnəsi ilə bağlı problemlər – Təhlil

Bakı, 25 noyabr, AZƏRTAC

Pandemiya başladıqdan sonra Ermənistanda iqtisadi vəziyyətin pisləşməsi əsaslı qiymət artımının baş verməsi və milli valyutanın kəskin ucuzlaşması ehtimallarını artırdı. Sentyabrın sonundan etibarən müharibənin başlaması isə bu ehtimalların daha da artmasına səbəb oldu. Lakin ötən dövr ərzində bu ehtimallar tam olaraq özünü doğrultmadı. Valyutanın zəif şəkildə ucuzlaşması prosesi getsə də qiymət artımı ümumiyyətlə baş vermədi. Lakin bu, o anlama gəlməməlidir ki, Ermənistanda iqtisadi vəziyyət yaxşıdır və Ermənistan iqtisadiyyatı mövcud təhdidlərə qarşı davamlıdır. Əksinə, gözlənilən iqtisadi proseslərin baş verməməsinin səbəbləri də elə iqtisadi problemlərdir. İctimaiyyətdə qeyd edilən məsələlər ilə bağlı yanlış məlumatlar yayıldığından Ermənistanda qiymət artımının baş verməməsi və valyutanın zəif sürətlə ucuzlaşmasının səbəblərinin təhlil edilməsinə ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçi Orxan Bağırovun Ermənistanda qiymət artımı və milli valyutanın üzləşdiyi problemlərə dair təhlili yazısında deyilir.

Qiymət artımı

Son aylarda Ermənistanda gedən iqtisadi proseslər və Ermənistan ordusunun qanunsuz olaraq işğal etdiyi ərazilərdən çıxmağa məcbur edilməsi qiymət artımının (inflyasiya) sürətlənəcəyi istiqamətində fikirlərin yayılmasına səbəb olmuşdu. Lakin, bu baş vermədi. Ermənistanın Statistika Komitəsinin məlumatlarına əsasən, oktyabr ayında inflyasiya 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 1,3 faiz səviyyəsində olub. Əvvəlki ayla müqayisədə isə oktyabrda inflyasiya mənfi 0,5 faiz səviyyəsində müəyyən edilib. Göründüyü kimi, son 12 ay ərzində inflyasiya çox aşağı səviyyədə təşkil edib, oktyabrda isə mənfi zonaya daxil olub, yəni deflyasiya baş verib. Başqa sözlə desək, oktyabrda istehsal edilən xidmət və məhsulların orta qiyməti azalıb. Qeyd edək ki, bundan əvvəlki aylarda da Ermənistanda aylıq inflyasiya göstəriciləri mənfi olub. Belə ki, iyunda inflyasiya əvvəlki ay ilə müqayisədə mənfi 1,54 faiz, iyulda mənfi 2,1 faiz, avqustda mənfi 0,1 faiz, sentyabrda isə mənfi 0,2 faiz səviyyəsində müəyyən edilib.

Ümumiyyətlə bu məsələ ilə bağlı bir məqama diqqət yetirmək lazımdır ki, yüksək inflyasiya iqtisadi böhranın baş verdiyini göstərdiyi kimi inflyasiyanın çox aşağı olması da iqtisadi vəziyyətin pis olmasından xəbər verir. İdxal edilən və ölkə daxilində istehsal edilən məhsul və xidmətlərin həcmi (təklif) ilə bu məhsullara olan daxili tələb inflyasiyanın formalaşmasına əsas təsir edən amillərdəndir. Əgər tələb təklifi üstələyərsə, yəni daxili bazarda məhsul və xidmətlərin çatışmazlığı baş verərsə o zaman inflyasiya sürətlənməyə başlayır və bu iqtisadi və sosial vəziyyətin əsaslı şəkildə pisləşməsinə yol açmış olur. Əksinə əgər təklif tələbi üstələyərsə, yəni istehsal edilən məhsullara olan tələb aşağı düşərsə o zaman inflyasiyanın sürəti azalmağa başlayır və bəzən mənfi zonaya daxil olur, yəni deflyasiya baş verir (son aylarda Ermənistanda olduğu kimi). Ermənistanda bu 2 ssenaridən hansının baş verdiyini nəzərdən keçirək.

Ermənistanda pandemiya iqtisadiyyata əsaslı şəkildə təsir etməyə başladıqdan sonra ölkədə iqtisadi aktivlik kəskin şəkildə azalmağa başlayıb. Müharibənin baş verməsi və pandemiyanın ikinci dalğasının başlaması isə iqtisadi aktivliyin daha kəskin şəkildə aşağı düşməsinə səbəb olub. Ermənistan hökumətinin təqdim etdiyi statistik məlumatlara əsasən, yanvar-sentyabr aylarında Ermənistanda iqtisadi aktivlik 6,6 faiz azalıb. Yanvar-avqust aylarında isə bu göstərici 6,4 faiz səviyyəsində idi. Təkcə sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlik 7,5 faiz azalıb. Bununla yanaşı, yanvar-sentyabr aylarında Ermənistanda əksər iqtisadi sahələrdə daralma müşahidə edilib. Belə ki, bu müddət ərzində tikinti sektoru 15,7 faiz, ticarət 11,4 faiz, xidmət sektoru isə 11,7 faiz azalıb. Böyüyən sahələrə isə sənaye sektoru (1 faiz), enerji sektoru (1,5 faiz) və kənd təsərrüfatı (0,5 faiz) aid olub.

Ermənistanda inflyasiyanın kəskin aşağı düşməsi və deflyasiyanın baş verməsi onu göstərir ki, qeyd etdiyimiz ssenarilərdən ikincisi baş verib. Lakin burada sual yaranır ki, əgər iqtisadi aktivlik azalırsa bu tək daxili bazarda tələbin azalmasına deyil, eyni zamanda, istehsal edilən və idxal edilən məhsul və xidmətlərin həcminin də azalmasına yol açmalıdır. Başqa cür desək yəni bu halda həm təklif, həm də tələb azalmalıdır və bu inflyasiya ilə bağlı ikinci ssenarinin baş verməsinin qarşısını almalıdır. Lakin iqtisadi sahələrin artımı ilə bağlı yuxarıda qeyd edilmiş rəqəmlərə nəzər saldıqda məlum olur ki, əhalinin ən çox istifadə etdiyi xidmət və məhsulların aid olduğu sahələrdə, xüsusilə də qida məhsullarının daha çox istehsal edildiyi kənd təsərrüfatı sahəsində az da olsa artım müşahidə edilib. Bunun əksinə olaraq isə daha çox əhalinin tələbini özündə ehtiva edən tikinti, ticarət və xidmət sektorlarında isə azalma müşahidə olunub. Yəni burada tələb və təklif balansı pozulub və istehsal edilən xidmət və məhsulların həcmi daxili bazarda mövcud olan tələbi üstələyib. Bunun nəticəsində isə qiymətlərin azalması baş verib. Qeyd etdiyimiz kimi, bu iqtisadi baxımdan yaxşı hal deyil. İnflyasiyanın kəskin azalması və ya deflyasiyanın baş verməsi o deməkdir ki, iqtisadiyyat böhran vəziyyətindədir və iqtisadi artım yoxdur. Təsadüfi deyildir ki, pul siyasətində inflyasiyanın hədəflənməsi strategiyasını seçən ölkələr inflyasiya ilə bağlı hədəf müəyyən edir (əsasən tək rəqəmli və 2 faizdən az olmur). Məsələn, Ermənistanda 2020-ci il üçün müəyyən edilmiş inflyasiya hədəfi 2,5-5,5 faiz koridorunda dəyişir. Ona görə də, oktyabrda Ermənistanda deflyasiyanın qeydə alınması onu göstərir ki, inflyasiya səviyyəsi müəyyən edilmiş minimal hədəf göstəricisindən çox aşağı düşüb (6 dəfə).

İqtisadi qanunlara (tələb və təklif qanunu) görə azad bazar iqtisadiyyatında bu hal uzun zaman davam edə bilməz. Belə ki, tələb və təklif qanununa görə azad bazarın mövcudluğu şəraitində tələb və təklif təbii olaraq taraz nöqtəyə gəlir və nəticədə bazarda qiymət optimal səviyyəyə çatır. Yəni təklif tələbi üstələdikdə qiymətlər aşağı düşdüyündən məhsul və xidmət istehsalı ilə məşğul olan subyektlərin bir hissəsi mənfəət əldə edə bilmədiyindən bazardan çıxmalı olur. Nəticədə isə istehsal edilən məhsulların həcmi azalır və tələb ilə təklif arasında tarazlıq formalaşır. Lakin Ermənistan iqtisadiyyatı sağlam və azad iqtisadiyyat deyil və dövlətin iqtisadiyyata müdaxiləsi yüksək səviyyədədir. Bu məsələ ilə bağlı dövlətin müdaxiləsi isə əsassız deyil. İstənilən halda istehsalın kəskin azalması və bunun nəticəsində də müxtəlif məhsul və xidmətlərin çatışmaması, ən əsası qida təhlükəsizliyi ilə bağlı təhlükələrin yaranması ehtimallarının formalaşması dövləti məcbur edir ki, məhsul və xidmət istehsalının yüksək səviyyədə saxlanılmasını təşviq edən tədbirlər görsün. Yəni inflyasiyanın kəskin azalmasına baxmayaraq, hazırda Ermənistan hökuməti üçün məhsulların bolluğu onların çatışmazlığından daha sərfəlidir. Ancaq bunu təmin etmək üçün dövlət aşağı qiymətlərin mövcud olduğu şəraitdə mənfəətsiz qalaraq bazardan çıxmaq istəyən iqtisadi subyektlərə maliyyə dəstəyi verməlidir ki, istehsal səviyyəsi yüksək qalsın. Pandemiya başlanandan sonra Ermənistan hökuməti iqtisadiyyata, xüsusilə də sahibkarlara dəstək vermək üçün müxtəlif proqramlar həyata keçirib ki, bu proqramların əsas məqsədlərindən biri də məhz istehsal səviyyəsini yüksək saxlamaq olub. Lakin Ermənistan hökumətinin maliyyə imkanları məhdud olduğundan və hərbi xərclərin artması bu imkanları daha da məhdudlaşdırdığından hökumət istehsal səviyyəsini yüksək saxlamaq üçün iqtisadi subyektlərə uzun müddət maliyyə dəstəyi verə bilməyəcək. Ona görə də postmüharibə dövründə yaranmış siyasi hərc-mərclik Ermənistan iqtisadiyyatını elə bir dərin böhranla üz-üzə qoya bilər ki, inflyasiyanın kəskin artması prosesi baş verər və ölkədə ərzaq məhsullarının və digər məhsulların əsaslı çatışmazlığı yaranar. Bunun baş verməsi ehtimalları böyükdür.

Rəsmi şəkildə inflyasiya göstəricisinin çox aşağı olması bildirilsə də əhali tərəfindən qiymət artımı ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bu fikirlərə əsasən, müharibə dövründə yağ, şəkər, un, qarabaşaq kimi ərzaq məhsullarının qiyməti artıb. Eyni zamanda, o da qeyd edilir ki, orduya yardım ayırmağa məcbur olan supermarketlərin sahibləri qiymətləri artıraraq ayrılan yardıma görə dəyən zərəri aradan qaldırmağa çalışırlar. Qiyməti əsaslı şəkildə qalxan məhsullara isə əsgər geyimləri, dəfn mərasimlərində istifadə olunan güllər və çələnglər aiddir. Bu qiymət artımları müharibənin təsiri ilə baş verdiyindən müvəqqəti xarakter daşıyır və məhdud sayda sahəni əhatə edir. Ona görə də hazırda Ermənistanda ümumi qiymət səviyyəsi rəsmi rəqəmlərdə göstərildiyi kimi iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar olaraq aşağı səviyyədədir. Lakin, əvvəl də qeyd etdiyimiz kimi müharibənin iqtisadi zərərlərinin təsiri artdıqca, Ermənistanda maliyyə çatışmazlığı ilə bağlı problemlər daha da sərtləşdikcə mövcud olan iqtisadi problemlər daha da dərinləşəcək və qiymət artımının baş verməsi üçün əsas yaradacaq.

Milli valyutanın məzənnəsi

Qiymət artımı kimi Ermənistanda milli valyutanın (dram) məzənnəsi ilə bağlı olan gözləntilər də özünü doğrultmayıb. Müharibə başladıqdan sonra Ermənistanın milli valyutasının kəskin şəkildə ucuzlaşacağı ehtimal edilsə də, bu, baş vermədi. Valyutanın ucuzlaşması prosesi getsə də, bu, çox zəif şəkildə baş verdi. Belə ki, sentyabrın 28-dən noyabrın 19-dək Ermənistanın milli valyutası 3,1 faiz ucuzlaşıb. Sentyabrın 28-dən noyabrın 9-na qədər isə ucuzlaşma cəmi 1,66 faiz səviyyəsində olub. Müharibə bitdikdən sonra noyabrın 19-na qədər isə ucuzlaşma 1,4 faiz səviyyəsində müəyyən edilib. Bu isə onu göstərir ki, ucuzlaşma müharibə bitdikdən sonra daha sürətlə baş verir. 

Dramın ucuzlaşmasının gözləniləndən daha zəif şəkildə baş verməsi heç də müsbət iqtisadi proseslərin nəticəsi deyildir. Əksinə, Ermənistan iqtisadiyyatında yaranan durğunluq belə bir vəziyyətin formalaşmasına səbəb olur.

Ümumiyyətlə, iqtisadi böhran baş verdiyi dövrlərdə istənilən ölkənin milli valyutasının ucuzlaşmasını gözləmək olar. Ona görə də dramın ucuzlaşması pandemiya yayıldığı dövrdən başlamalı idi. Çünki pandemiya özü də Ermənistan iqtisadiyyatına əsaslı zərbə vurub. Lakin həmin dövrdə, xüsusilə iyun ayından sonra dram ucuzlaşmağa başlasa da bu ucuzlaşma son 2 ayda olduğu kimi aşağı sürətlə baş verib.

Müharibənin Ermənistan iqtisadiyyatına böyük zərər vurmasına baxmayaraq, milli valyutanın sürətlə ucuzlaşmamasının səbəblərindən biri pandemiya ilə əlaqədar olaraq sərhədlərin bağlı olması səbəbindən xaricə valyuta axınının əsaslı şəkildə zəifləməsidir. Sürətli valyuta axını baş verdikdə xarici valyutaya daxili bazarda tələb artmağa başlayır ki, bu da milli valyutanın ucuzlaşmasına səbəb olur. Son aylarda isə pandemiya ilə əlaqədar olaraq Ermənistanda belə bir tendensiya yaşanmır. Əksinə, turistlərin xarici səfərlərinin kəskin azalması, sahibkarlıq məqsədilə idxal edilən məhsulların həcminin azalması, sahibkarların xarici valyutanı ölkədən çıxarmaq imkanlarının məhdudlaşması xaricə əsaslı valyuta axının baş verməsinin qarşısını alır. Nəticədə, təbii olaraq milli valyutanın kəskin ucuzlaşmasına maneə olur.

Digər tərəfdən milli valyuta üzərində təzyiqlərin yaranmasının qarşısını iqtisadiyyatda əsaslı durğunluğun müşahidə edilməsi alır. İqtisadi vəziyyətlə əlaqədar olaraq əhalinin gəlirlərinin azalması yığım kimi toplanmış xarici valyutanın da drama çevrilərək daxili bazarda xərclənməsi üçün şərait yaradır. Bundan başqa, ölkə daxilində tələbatın kəskin azalması da xaricdən idxal edilən məhsullara olan tələbin azalmasına səbəb olur və bu məqsədlə də xərclənə biləcək xarici valyuta ehtiyatları Ermənistan iqtisadiyyatında qalır. Ümumilikdə, Ermənistanda xarici valyuta yığımları elə də yüksək səviyyədə deyil və onların da böyük hissəsinin daxili bazarda milli valyutaya çevrilməsi prosesi gedir. Bütün bu iqtisadi proseslər valyutanın ucuzlaşmasına imkan verməsə də ümumilikdə iqtisadi vəziyyətin çox pis olduğunu göstərir. Buna görə də, iqtisadi vəziyyət daha da pisləşdikcə, müharibə və pandemiya ilə əlaqədar olaraq yaranan əlavə maliyyə yükü iqtisadiyyata öz təsirini göstərdikcə, xarici borcların ödənmə vaxtı çatdıqca və yeni xarici borcların əldə edilməsi çətinləşdikcə iqtisadi vəziyyət daha da pisləşəcək. Bu halda valyuta ehtiyatları o qədər azala bilər ki, hətta aşağı iqtisadi aktivlik şəraitində belə valyutanın ucuzlaşması sürətlənər. Ona görə də, qarşıdan gələn aylarda dramın ucuzlaşması prosesinin davam etməsini və ucuzlaşma tempinin artmasını gözləmək olar.

Valyutanın ucuzlaşması sürətləndikcə Ermənistanda mənfi xarici ticarət balansı artacaq və idxal üçün ölkəyə xarici valyutanın daxil olmasına ehtiyac yaranacaq. Milli valyutanın ucuzlaşması digər tərəfdən idxal edilən məhsulların qiymətinin artması və nəticədə inflyasiya səviyyəsinin yüksəlməsinə şərait yaratmış olacaq. Bununla yanaşı, pandemiya ilə bağlı qadağalar aradan qalxdıqdan sonra iqtisadi aktivliyi dəstəkləmək üçün Ermənistan hökumətinin maliyyə vəsaitləri olmayacaq və bu da iqtisadi böhranın uzun zaman davam etməsinə şərait yaradacaq. Müharibədən sonrakı dövrdə Ermənistan iqtisadiyyatının cəlbediciliyinin azalması və iqtisadiyyatın dirçəlməsi imkanlarının olmaması emiqrasiya ilə yanaşı ölkədən xarici valyutanın çıxmasına da səbəb olacaq. Bu da valyutanın ucuzlaşması ilə nəticələnəcək. Ona görə də, deyə bilərik ki, hazırda mövcud olan və qarşıdan gələn aylarda Ermənistanı gözləyən iqtisadi problemlər valyutanın ucuzlaşmasını qaçılmaz edir.

Apardığımız təhlillərdən bu nəticəyə gəlirik ki, Ermənistan iqtisadiyyatında yaranmış durğun vəziyyət və əhalinin gəlirlərinin kəskin azalması məhsul və xidmətlərin qiymətinin də azalmasına yol açmaqla yanaşı milli valyutanın kəskin ucuzlaşmasının qarşısını alır. Yaranmış bu vəziyyət kənardan iqtisadi durumun yaxşı olması mənzərəsini yaratsa da iqtisadi vəziyyətin dərindən analizi onu göstərir ki, iqtisadi aktivliyin kəskin azalması hazırkı vəziyyətin yaranmasına imkan verməklə yanaşı, gələcək dövr üçün yaxşı heç nə vəd etmir. Ermənistanın malik olduğu iqtisadi və maliyyə imkanları iqtisadi vəziyyəti sabit şəkildə saxlamağa imkan verməyəcək (hazırkı vəziyyəti də sabit hesab etmək olmaz). Əgər iqtisadi aktivliyin kəskin azalması qiymətlərin azalmasına və valyutanın zəif sürətlə ucuzlaşmasına imkan yaradırsa, pandemiya ilə əlaqəli qadağaların aradan qalxması və iqtisadiyyatın dirçəlməyə cəhd etməsi isə qiymətlərin kəskin artımına və valyutanın da ucuzlaşmasına yol aça bilər. Bunu dirçəlməyə cəhd edən iqtisadi sistemin çöküşü kimi daha çox qiymətləndirmək olar. Ancaq təbii olaraq, zərərli olsa belə, bu, baş verməlidir. Uzun müddət iqtisadiyyatın hazırkı şəkildə qalması digər daha dərin və uzun müddətli problemlərin yaranmasına yol aça bilər. Buna görə də, hazırkı iqtisadi vəziyyət ilə dirçələ bilməyən iqtisadiyyat arasında balansı saxlamaq Ermənistan üçün çətindir. Mövcud maliyyə resursları buna imkan vermir. Əlavə borclanmaya gedilməsi isə ümumilikdə maliyyə təhlükəsizliyi üçün təhdid formalaşdırır. Belə çıxılmaz vəziyyətdə Ermənistanın böhrandan qaçmaq imkanları demək olar ki, yoxdur. Əgər Ermənistan hər hansı bir böyük həcmdə xarici dəstək əldə edə bilməsə (hazırkı qlobal iqtisadi vəziyyətdə əldə etmək çətindir) qeyd etdiyimiz prosesdən qaça bilməyəcək. Hətta belə bir yardım əldə edilsə də, bu, böhranın aradan qalxmasına deyil, böhranın həcminin müəyyən qədər azalmasına imkan yarada bilər. Ona görə ki, belə yardımın səmərəli şəkildə istiqamətləndirilməsi üçün effektiv ola biləcək maliyyələşmə kanallarını müəyyən etmək çətindir. Çünki bütün sahələr böhran ilə qarşılaşacaq. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistan iqtisadiyyatını qarşıdan gələn aylarda inflyasiya və məzənnə ilə əlaqəli bir sıra problemlər gözləyir. Bu problemlərə inflyasiyanın kəskin artması, ərzaq və digər məhsullarının çatışmazlığı, xarici ticarətin mənfi balansının daha da artması, xarici valyuta çatışmazlığı, milli valyutanın sürətlə ucuzlaşması, valyutanın ucuzlaşmasının qiymətlərə artırıcı təsirinin kəskin xarakter alması, sahibkarlıq fəaliyyəti imkanlarının daralması, əhalinin yığımda olan vəsaitlərinin həcminin azalması daxildir. Həmçinin yığımda olan vəsaitlərin azalmasının bank sistemində yaradacağı likvidlik problemləri, xarici valyuta ehtiyatlarının əriməsi, xarici borc cəlb etmək imkanlarının azalması, beynəlxalq reytinqlərin daha da pisləşməsi, ölkənin maliyyə təhlükəsizliyinin təminatı imkanlarının azalması da inflyasiya və məzənnə ilə əlaqəli problemlərdəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib