ERMƏNİSTANIN VANDALİZM SİYASƏTİNƏ DAİR BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏTQƏBUL EDİLMİŞDİR
Müraciətdə XX əsrin 80-ci illərinin sonunda Ermənistanın başladığı hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, 20 mindən çox adamın həlak olduğu və yüz minlərlə adamın yaralandığı, 1 milyon soydaşımızın doğma torpaqlarından didərgin düşdüyü, 900-ə yaxın yaşayış məntəqəsinin viran qoyulduğu və bütün infrastrukturun dağıdıldığı göstərilmişdir. Sənəddə vurğulanır: “Ermənistan hökuməti xüsusi amansızlıqla indiki Ermənistan Respublikası adlanan Qərbi Azərbaycandakı və işğal edilmiş Azərbaycan ərazilərindəki tarixi, memarlıq və mədəniyyət abidələrini dağıdır, yaxud onları erməniləşdirir, müqəddəs ziyrətgahları və qəbiristanlıqları təhqir edir, bir sözlə, Azərbaycana aid izləri silməyə çalışır. BMT-nin, YUNESKO-nun və digər beynəlxalq təşkilatların müvafiq konvensiya və sənədlərinə məhəl qoymayan ermənilər vandalizm əməlləri ilə Azərbaycanın tarixinə, mədəni irsinə təcavüz edir”.
Müraciətdə işğal edilmiş ərazilərdəki 464 tarixi, memarlıq və mədəniyyət abidəsinin, 22 muzeyin və 4 rəsm qalereyasının, 9 tarixi əhəmiyyətli sarayın, 44 məbədin, 18 məscidin, 927 kitabxananın və onların fondunda olan 4,6 milyon kitab və əlyazma nəşrlərinin məhv edildiyi bildirilir.
Tədbir iştirakçıları beynəlxalq təşkilatları, böyük dövlətləri Ermənistanın azərbaycanlılar yaşamış bölgələrində və işğal edilmiş Azərbaycan torpaqlarında aparılan vandalizmin qarşısının alınmasında qətiyyətli tədbirlər görməyə çağırırlar.