ES Sumqayıtın və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir
Bakı, 12 may (AZƏRTAC). Apreldə “Sumqayıt” elektrik stansiyasında (ES) 235,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu, proqnozdan 221,6 min kilovat-saat çoxdur. Həyata keçirilmiş tədbirlər nəticəsində elektrik enerji istehsalının xüsusi sərfi və şərti yanacağın xüsusi sərfi göstəriciləri üzrə də qənaət əldə edilmişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, yanvar-aprel aylarında burada 938,5 milyon kilovat-saat əvəzinə 941,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıq quraşdırılmışdır. ES-də istehsal edilən elektrik enerjisinin enerji sistemə ötürmək üçün hər birinin uzunluğu 6,5 kilometrə yaxın olan iki 220 kilovoltluq “Sənaye qovşağı” və “Yaşma” hava xətti istismara verilmişdir. Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıtın və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]
“Brent” neftinin qiyməti 100 dolları ötüb
- 09.09.2026 [12:47]