ƏSAS KAPİTALA YÖNƏLDİLMİŞ VƏSAİTİN 68,6 FAİZİ YERLİ SƏRMAYƏLƏRİN PAYINA DÜŞMÜŞDÜR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin birinci yarısında Azərbaycanda bütün maliyyə mənbələri hesabına əsas kapitala 3,6 milyard manat sərmayə yönəldilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitin 68,6 faizi və ya 2,5 milyard manatı yerli sərmayələrdir. Bu sərmayələr 67,6 faiz artmış, xarici sərmayələrin məbləği isə 10,1 faiz azalmışdır. Əsas kapitala yönəldilmiş investisiyaların 78,6 faizi istehsal təyinatlı obyektlərin tikintisində istifadə olunmuşdur. Qeyri-neft sektorunda inşaat işlərinə yönəldilmiş vəsaitin məbləği 2007-ci ilin eyni dövrü ilə müqayisədə 89,5 faiz artaraq, ümumi sərmayənin 61,5 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin 48,4 faizi müəssisə və təşkilatların, 39,9 faizi büdcə vəsaitlərinin, 2,8 faizi əhalinin xüsusi vəsaitinin və 8,9 faizi digər vəsaitlərin payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]