Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanışlıq

Saatlı, 27 oktyabr (AZƏRTAC). Oktyabrın 27-də Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olmuşdur.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılmışdır. Xəstəxana üç korpusdan ibarətdir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulmuş, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılmışdır. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün generator qoyulmuşdur.

Xəstəxananın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır.

Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılmışdır. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilmişdir. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım, infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur. Xəstəxanada fəaliyyət göstərən ekspress və klinik laboratoriyalar ən müasir avadanlıqla təchiz edilmişdir.

Bildirildi ki, burada yaradılan şərait nəinki Saatlı sakinləri, eləcə də digər rayonların əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Xəstəxananın bütün şöbələri tibb sahəsində məşhur şirkətlərin istehsalı olan ən son elmi-texniki tərəqqiyə əsaslanan və dünyanın aparıcı ölkələrində istifadə edilən avadanlıqla təchiz olunmuşdur. Hər bir şöbənin ayrıca intensiv palatası vardır.

Qeyd olundu ki, xəstəxananın poliklinika şöbəsi də müasir tələblər səviyyəsindədir. Burada klinik və bakterioloji laboratoriyalar, dermatoloq, nevropatoloq, elektrokardioqrafiya, ftiziatr, ultrasəslə müayinə, kardioloq, oftalmoloq, stomatoloq, fizioterapiya və digər həkim otaqları vardır.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

- Mən sizi ürəkdən təbrik edirəm. Biz bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışını qeyd edirik. Gözəl, əlamətdar hadisədir. İndi mən xəstəxana ilə tanış olarkən bir daha gördüm ki, doğrudan da bütün işlər yüksək səviyyədə görülmüşdür.

İki il bundan əvvəl mənim Sərəncamımla xəstəxananın təmir işləri başlamışdır. Buna böyük ehtiyac var idi. Çünki siz yaxşı bilirsiniz ki, burada vəziyyət o qədər də yaxşı deyildi. Şadam ki, qısa müddət ərzində yüksək səviyyəli təmir işləri aparılmışdır. Hazırda bütün lazımi avadanlıqlar var, şərait gözəldir. İndi bu xəstəxana ən yüksək standartlara cavab verir. Bu da təbiidir, çünki Azərbaycanda görülən bütün işlər yüksək standartlara cavab verməlidir. Biz səhiyyə sisteminin təkmilləşdirilməsi işində bu məsələyə xüsusi önəm veririk. Burada cərrahiyyə, doğum, terapiya, reanimasiya şöbələri - yəni bütün lazımi şərait vardır. Həkimlər üçün də gözəl iş şəraiti yaradılıbdır. Əlbəttə, xəstələrə yaxşı tibbi xidmət göstərilməlidir.

Bütövlükdə Azərbaycanda səhiyyə sistemində köklü dəyişikliklər, islahatlar aparılır. Bu islahatlar faktiki olaraq yeni vəziyyətə gətirib çıxarmışdır. Çünki həm Bakıda, həm bölgələrdə yeni, müasir tibb ocaqları yaradılır. Əvvəlki illərdə tikilmiş xəstəxanalar əsaslı şəkildə təmir edilir və yeni xəstəxanalar tikilməkdədir.

Demək olar ki, son iki il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində biz mütləq xəstəxana açılışını da qeyd edirik. Artıq əksər rayon mərkəzlərində müasir səviyyəyə cavab verən xəstəxanalar vardır. Əminəm ki, bir-iki il ərzində qalan yerlərdə də təmir-tikinti işləri tamamlanacaq və beləliklə, hər bir rayon mərkəzində ən yüksək standartlara cavab verən xəstəxanalar yaranacaqdır. Bu, bizim siyasətimizdir.

Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial məsələlərin içində səhiyyə xidməti xüsusi yer tutur. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti bütün lazımi tədbirləri görür və bu məsələyə kompleks şəkildə yanaşır. Saatlı rayonunda Olimpiya İdman Mərkəzi tikilməkdədir və bu da əlbəttə ki, insanların sağlamlığına xidmət edən məsələdir.

Saatlıda içməli su, kanalizasiya layihələri icra edilir. Əvvəlki dövrdə modul tipli təmizləyici qurğuların fəaliyyəti nəticəsində bir çox kəndlərdə su təchizatı böyük dərəcədə yaxşılaşdırılmışdır. Hazırda Saatlının kompleks su təchizatı və kanalizasiya məsələləri həllini tapmaqdadır. Ümid edirəm ki, bir il, il yarım ərzində bu böyük layihə də başa çatacaq, beləliklə, insan sağlamlığı üçün ən vacib məsələlərdən biri olan təmiz içməli su təchizatı da həllini tapacaqdır.

Ölkəmizdə sosialyönümlü digər tədbirlər də geniş vüsət almışdır. Məktəb tikintisi, - o cümlədən Saatlıda da bu istiqamətdə böyük işlər görülür, - digər sosial obyektlərin, sosial infrastrukturun yaradılması məsələləri də uğurla öz həllini tapır. Beləliklə, ölkəmiz hərtərəfli inkişaf edir, ölkəmizin bütün bölgələri inkişaf edir. Vaxtilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. İkinci Dövlət Proqramı gələn ilin sonunda başa çatacaqdır. Beləliklə, nəzərdə tutduğumuz bütün məsələlər, bölgələrin inkişafı ilə bağlı bütün məsələlər öz həllini tapacaqdır.

Səhiyyə məsələlərinə gəldikdə, bir daha demək istəyirəm ki, bu, bizim üçün prioritet məsələdir. Bu sahədə aparılmış islahatlar artıq öz gözəl nəticələrini verməkdədir. Həm gözəl xəstəxanalar, müasir avadanlıqlarla təchiz edilən böyük tibb mərkəzləri, Bakı şəhərində ən yüksək standartlara cavab verən yeni tibb mərkəzləri yaranmışdır. İndi Azərbaycanda ən ağır əməliyyatlar həyata keçirilir. Vaxtilə bu əməliyyatlar üçün bizim vətəndaşlarımız başqa ölkələrə getməyə məcbur idilər. İndi ən ağır əməliyyatlar da Azərbaycanda yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda, maarifləndirmə işləri də yüksək səviyyədə təşkil olunmalıdır. Mən demək olar ki, hər bir xəstəxananın, diaqnostika mərkəzinin açılışında qeyd edirəm ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçməlidir. İndi buna şərait də imkan verir. Əvvəlki dövrdə bu mümkün deyildi. Amma indi Saatlı xəstəxanasında ən müasir avadanlıqlar vardır. Beləliklə, hər bir vətəndaş ildə bir dəfə mütləq müayinədən keçməlidir. Amma elə vətəndaşlar var ki, öz sağlamlıqlarına biganə yanaşırlar. Hesab edirəm ki, bu, dözülməz haldır. Çünki indi şəraitlə bağlı heç bir problem yoxdur. Diaqnostika mərkəzləri, mərkəzi rayon xəstəxanalarında ən müasir diaqnostika avadanlıqları, tomoqrafiya, ultrasəs cihazları - hər şey vardır.

İnsan öz sağlamlığını özü qorumalıdır. Dövlət, əlbəttə, öz tərəfindən bütün lazımi tədbirləri görür. Ancaq insanların sağlamlığı onların əlindədir. İldə bir dəfə, bir neçə saat vaxt sərf etməklə insan öz sağlamlığını qorumuş olur, pis xəstəliklərdən özünü sığortalayır. Beləliklə, cəmiyyət üçün, ailə üçün öz xidmətlərini göstərmiş olur.

Bütövlükdə deyə bilərəm ki, son illər ərzində aparılan islahatlar nəticəsində statistik göstəricilər də yaxşılığa doğru inkişaf edir. Məsələn, Azərbaycanda insanların ömrünün uzunluğu artır. Bu, hər bir ölkənin ümumi inkişafını göstərən amildir. Uşaq ölümü azalır. Əfsuslar olsun ki, bu göstərici hələ lazımi səviyyədə deyil, ancaq dinamika müsbətdir. Yeni gözəl xəstəxanaların, xüsusilə doğum şöbələrinin fəaliyyəti nəticəsində uşaq ölümü, ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsində olmalıdır.

Bu statistika daha da müsbət ola bilərdi. Gərək maarifləndirmə işləri daha da geniş vüsət alsın və insanlar öz sağlamlığına daha da böyük həssaslıqla yanaşsınlar. Mən bunu arzulayıram.

Mən istəyirəm ki, Azərbaycan xalqı sağlam olsun. Gənc nəsil sağlam yetişsin. Bunun üçün bir daha demək istəyirəm ki, kompleks tədbirlər görülür. Həm infrastruktur layihələri, dövlət siyasəti, ekoloji tədbirlər, xüsusilə Kür, Araz çayları boyu yerləşən rayonlarda, kəndlərdə ekoloji vəziyyət, içməli su ilə təchizat xüsusi məna daşıyır. Məhz buna görə biz bir neçə il bundan əvvəl sutəmizləyici qurğuların yaradılmasına başlamışıq. Bu gün bunun bəhrəsini görürük. Əminəm ki, vətəndaşlarımız kompleks tədbirlər nəticəsində daha da sağlam olacaqlar.

Həkimlərin peşəkarlığı, onların xəstələrə qayğısı, əlbəttə, yüksək səviyyədə olmalıdır. Həkimlər də biliklərini artırmalıdırlar. Təkmilləşmə işləri aparılmalıdır ki, məsələlər daha da uğurla həllini tapsın.

Bu gün mən Saatlı rayonunda bir neçə obyektin açılışında məmnuniyyətlə iştirak etmişəm. Bu obyektlər bir daha göstərir ki, Saatlı rayonu hərtərəfli inkişaf edir. Bu gün Diyarşünaslıq Muzeyinin, Gənclər Mərkəzinin, Şahmat məktəbinin, Yeni Azərbaycan Partiyasının yeni binasının açılışlarını qeyd etdik. Yəni, bu açılışlar özlüyündə bir göstəricidir. Rayonun inkişafını göstərir, rayon gözəlləşir, abadlaşır. Mərkəzi meydan tamamilə yeni görkəm alıbdır və böyük istirahət zonasına çevrilibdir. Mən xatırlayıram, bu meydanın əvvəlki vəziyyəti o qədər də ürəkaçan deyildi. Amma indi insanların istirahəti, rahat yaşaması üçün ən gözəl şərait yaradılıbdır. Kənd yolları tikilir. Mənim sərəncamımla artıq bir neçə kəndi birləşdirən yeni yol tikilibdir. Yenə də buna ehtiyac vardır. Gələn aylarda əlavə vəsait ayrılacaqdır.

Yəni, insanların normal yaşaması üçün tədbirlər görülür və Saatlı rayonu inkişaf edir. Mən dəfələrlə Saatlıda olmuşam, bu, prezident kimi mənim dördüncü səfərimdir. Hər dəfə burada yenilikləri görəndə çox sevinirəm. Sizi - bütün Saatlı sakinlərini bu uğurlar münasibətilə təbrik edirəm, sizə yeni uğurlar, cansağlığı arzulayıram.

X X X

Xəstəxananın həkimi Adelina ƏLƏKBƏROVA göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

- Əziz Prezident, Sizi bütün tibb işçiləri və rayonumuzun ictimaiyyəti adından ürəkdən salamlayır, Sizə “Xoş gəlmisiniz!” deyirik. Sizin rayonumuza hər gəlişiniz bizə xoş günlər bəxş edir. Bu gün isə yüksək zövqlə yenidən qurulan bu xəstəxana biz tibb işçiləri və sakinləri üçün yeni bir töhfə oldu. Sizin ali diqqətiniz nəticəsində bizim arzularımız reallığa çevrildi. Bu gün yeni, dünya standartlarına cavab verən avadanlıqlarla, tibbi ləvazimatla təchiz olunmuş xəstəxana bizim ixtiyarımıza verildi. İndi bizim şəraitimiz çox gözəldir. Xəstəxanada doğum, reanimasiya, ginekologiya, cərrahiyyə, pediatriya və digər şöbələrdə əsaslı təmir işləri aparılmış və Saatlı əhalisinə yüksək tibbi xidmət göstərmək üçün bütün şərait yaradılmışdır.

Əlbəttə, biz tibb işçiləri başa düşürük ki, belə bir xəstəxanada işləmək özü də böyük bir məsuliyyətdir. Biz Sizi əmin edirik ki, bundan sonra da səylə çalışacaq, biliklərimizi artıracaq, qüvvə və bacarığımızı rayonumuzun sakinlərinin sağlamlığına yönəldəcəyik. Mən fürsətdən istifadə edib səhiyyəmizin, təhsilimizin, mədəniyyətimizin uğurlarında böyük xidməti olan həmkarımız Mehriban xanıma Saatlı camaatı adından böyük minnətdarlığımızı bildirmək istəyirəm.

Əziz Prezident! Saatlı rayonunda Azərbaycanın bütün regionlarındakı kimi yenidənqurma işləri aparılır. Salınan parklar, istirahət mərkəzləri, tikilən uşaq bağçaları, məktəblər və nəhayət bu gün istifadəyə verilən bu yeni xəstəxana Sizin rayonumuzun əhalisinə böyük diqqətinizin nəticəsidir. Doğma Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə Sizə uğurlar diləyirik. Sizə və ailənizə cansağlığı arzulayırıq. Allah Sizi qorusun!

Diqqətinizə görə çox sağ olun

Prezident İlham ƏLİYEV: Çox sağ olun!

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb