Eşitmə qüsurlu əlillər arasında futzal turniri start götürüb
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də “Olimpik Star” İdman Kompleksində AFFA-nın dəstəyi ilə Əlillər Futbolu Federasiyası tərəfindən təşkil edilmiş eşitmə qüsurlu əlillər arasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş futzal turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, birinci turda “Şimşək”-“Birlik” (2:7), “Zirvə”-“Ümid” (14:4), “Bakı”-“Azəri” (0:6), “Ümid”-“Birlik” (7:12) görüşləri keçirilib.