İQTİSADİYYAT
Estoniyalı ekspertlərlə dövlət idarəetməsində kibertəhlükəsizliklə bağlı müzakirələr aparılıb
![](/files/galleryphoto/2022/3/1200x630/16685216382121962045_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16685216381919348955_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1668521638422412892_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1668521638613883005_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16685216383748626009_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16685216382351144166_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1668521638211013632_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16685216385291853310_1200x630.jpg)
Bakı, 15 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyanın kibertəhlükəsizlik üzrə nümayəndə heyəti ilə görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müzakirələrdə Estoniyanın “CybExer Technologies” şirkətinin həmtəsisçisi Lauri Alman, “ByteLife Solutions” şirkətinin baş icraçı direktoru Yanek Gridin, “CybExer Academy/RiskSight”ın baş əməliyyat direktoru Markus Münzer və “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe iştirak edib.
Vüsal Qasımlı Mərkəzin fəaliyyəti və operatoru olduğu rəqəmsal layihələr barədə məlumat verib.
Görüş zamanı Azərbaycanda kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, müxtəlif idarəetmə orqanlarında rəhbər şəxslərin bu sahədə savadlılığının daha da inkişaf etdirilməsi, dövlət idarəetməsində və dövlət strategiyalarının hazırlanmasında kibertəhlükəsizliyi nəzərə alan simulyatorlardan istifadə imkanlarından danışılıb. Eyni zamanda, “Kibergigiyena” platforması (https://kibergigiyena.az/), onun əhəmiyyəti, istifadəsi və idarə edilməsi kimi məsələlər barədə də məlumat verilib.
Görüşdə kibertəhlükəsizlik sahəsində İİTKM ilə qarşılıqlı əməkdaşlıq imkanları da dəyərləndirilib.