ETNOQRAFİYA MUZEYİNDƏ AZƏRBAYCANIN BÜTÜN BÖLGƏLƏRİ ƏKS OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, açıq səma altında Azərbaycan xalqının bütün adət-ənənələrini əks etdirəcək etnoqrafiya muzeyi yaradılacaqdır. Prezident İlham Əliyevin “Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən, ölkənin bütün bölgələrini əhatə edəcək muzeydə Avropa təcrübəsindən də istifadə olunacaqdır.
Etnoqrafiya xalqın adət-ənənələrini, məişətini, milli geyimlərini, toy, dəfn mərasimlərini özündə əks etdirir. Odur ki, bütün bunları özündə ehtiva edən muzeyin yaradılması böyük əhəmiyyətə malikdir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Emil Kərimov demişdir ki, muzey üçün ilk növbədə əlverişli ərazi seçilməlidir. Muzey magistral yola və paytaxta yaxın olmalı və Azərbaycan ərazisinin bütün tarixi-etnoqrafik bölgələrini əks etdirməlidir. Çünki həmin bölgələrin məzmunu elə ümumi Azərbaycan mədəniyyəti deməkdir.
Etnoqrafik abidələrin orijinal olması da əsas şərtlərdəndir. Emil Kərimov bu münasibətlə bildirmişdir ki, yaşlı nəsil dünyasını dəyişir, bir çox adət-ənənələr unudulur. Bu baxımdan etnoqrafiya muzeyinin yaradılması olduqca vacibdir.
Muzeyin yaradılması zamanı daha bir məqam da - turistlərin cəlb edilməsi də nəzərə alınmalıdır. Muzeydə tarix və milli mədəniyyət geniş əks olunmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]