Ev-muzeyin 30 illiyinə hazırlıq işləri görülür
Naxçıvan, 14 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyinin yaradılmasının 30 ili tamam olur.
H.Cavidin Naxçıvan şəhərinin qədim Əlixan məhəlləsində, Bazar çayının kənarında 1919-cu ilədək yaşadığı evdə yaradılmış muzeydə 8 mindən artıq eksponat qorunub saxlanılır. Muzeyin ekspozisiyasında 500-dək eksponat nümayiş etdirilir. Bunların içərisində böyük söz ustasına və ailəsinə məxsus xatirə əşyaları, əsərlərinin ilk nəşrləri, ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər, orijinal fotoşəkillər, rəngkarlıq, heykəltəraşlıq nümunələri, Hüseyn Cavid yaradıcılığı və onun irsinin tədqiqi ilə məşğul olan tədqiqatçı alimlərin avtoqrafla hədiyyə etdikləri elmi əsərlər özünə yer almışdir.
Ötən dövr ərzində muzey əməkdaşlarının səyi ilə burada bir sıra tədbirlər-ədəbi-bədii gecələr, görüşlər, disputlar, poeziya saatları keçirilmiş, sərgilər təşkil olunmuşdur. Muzeydə Hüseyn Cavidin 100, 110, 120, 125 illik yubileyləri təntənə ilə qeyd olunmuşdur.
Muzey əməkdaşları tərəfindən muzeydənkənar yerlərdə də sərgilər cavidsevərlərə təqdim edilmişdir. 1990-cı ildə Minskdə “Hüseyn Cavidin dramaturgiyası”, 2007-ci ildə Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar İstanbulda “Hüseyn Cavid-125” adlı sərgilər təşkil olunmuşdur.
“Hüseyn Cavid əsərlərinin səhnə tarixi”, “Hüseyn Cavid əsərlərinin nəşri tarixi”, “Cavid obrazı milli təsviri və tətbiqi sənətimizdə” adlı kataloqların tərtib edilməsi də burada çalışan əməkdaşların muzeyin 30 illiyi ərəfəsində həyata keçirdiyi tədbirlərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]