“Fani” siklonu 8 nəfərin həyatına son qoydu
Bakı, 4 may, AZƏRTAC
Hindistanın Odişi ştatına yaxınlaşan “Fani” siklonu 8 nəfərin həyatına son qoyub.
AZƏRTAC NDTV kanalına istinadla xəbər verir ki, Benqal körfəzindən gələn qasırğa Qərbi Benqaliya ştatını keçərək və Xaraqpur şəhərinə toxunaraq yarımada boyunca şimal-şərq istiqamətində irəliləyir.
Xatırladaq ki, “Fani” siklonu səbəbindən bir milyondan çox insan təxliyə edilib və sahildən kənarda müvəqqəti yaşayış düşərgələrinə yerləşdirilib. Hindistanın şərqində 220-dən çox qatarın hərəkəti dayandırılıb, Bhubaneşvar və Kəlküttə kimi bəzi iri şəhərlərdə aeroportlar bağlanıb.
“Fani” Benqal körfəzindən güclü yağışlar gətirir, küləyin sürəti isə saatda 200 kilometrə çatır. Ekspertlərin məlumatına görə, bu, son 20 ildə Odişi ştatında müşahidə edilən ən güclü siklon olacaq. 1999-cu ildə oxşar qasırğa ştatda 10 mindən çox insanın həyatına son qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:36]
Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb
- 10.06.2026 [11:32]
BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır
- 10.06.2026 [11:31]
Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]