Fateh Oktay: Şuşaya səfərimizin məqsədi Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır
Şuşa, 7 avqust, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycana ilk dəfədir səfər edirəm. Həmişə bunun xəyalı ilə yaşamışam. Azərbaycan və Türkiyə qardaş, dost ölkələrdir. Bizim kədərimiz də, sevincimiz də birdir. Şuşa çox gözəl şəhərdir. Bu şəhərin hər divarında tarixilik, qədimlik yatır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında dünya şöhrətli müğənni, vokalçı Della Milesin meneceri Fateh Oktay deyib.
F. Oktay bildirib: “Bizi bir-birimizdən ayırmağa nə qədər çalışsalar da, buna nail ola bilməyiblər. Biz bir millət, iki dövlətik. Nə qədər bir olacağıqsa, o qədər də güclü olacağıq. İndi dayandığımız yer Azərbaycan və Türkiyə liderlərinin Şuşa Bəyannaməsini imzaladıqları məkandır.
Türkiyə dövləti və xalqı olaraq 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduq və baş verənləri həyəcanla izlədik. Şükürlər olsun ki, Azərbaycanın haqq mübarizəsi onun möhtəşəm Qələbəsi ilə başa çatdı. Biz də qardaşlarımız qədər çox sevindik. “Qarabağ Azərbaycandır” adlı klipimiz də qardaş ölkənin Zəfərinə həsr olunub”.
O, həmçinin qeyd edib ki, Azərbaycana, Şuşaya səfərin məqsədi Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
- 17.10.2026 [12:31]
Bakıda İndoneziya mətbəxi təqdim olunub
- 17.10.2026 [12:26]
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib
- 17.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [10:49]
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]