DÜNYA
Fələstin milli administrasiyası: ekspertiza Ərəfatın ölümünün təbii səbəblərlə bağlı olmamasını təsdiq edir
Bakı, 8 noyabr (AZƏRTAC). Yasir Ərəfatın nəşi İsveçrədə və Rusiyada ekspertiza edilmişdir. Ekspertizanın nəticələri göstərir ki, Fələstin milli administrasiyasının ilk rəhbərinin ölümü təbii səbəblərlə bağlı olmamışdır. Bu barədə Fələstin istintaq komissiyasının rəhbəri Taufik Tiraui mətbuat konfransında məlumat vermişdir. T.Tiraui Ramallahda jurnalistlər qarşısında çıxış edərək demişdir: “İsveçrə və Rusiya ekspertlərinin hesabatları Fələstin istintaq orqanlarının gəldiyi nəticələri təsdiq etmişdir.
Birinci: Əbu Əmmar (Ərəfatın təxəllüsü) qocalıq səbəbindən ölməmişdir.
İkinci: Əbu Əmmar xəstəlik səbəbindən ölməmişdir.
Üçüncü: Əbu Əmmarın ölümü təbii səbəblərlə bağlı olmamışdır”.