Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı beynəlxalq konfransda məruzə edib
Bakı, 1 noyabr, AZƏRTAC
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin doktorantı Turanə Əlibəyova Türkiyədə Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş “Avropa və Asiya: minillik qonşuluq” mövzusunda onlayn XIX beynəlxalq elmi simpoziumun plenar iclasında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Qars müqaviləsi və “qonşuluq siyasəti”: İkinci Qarabağ savaşının geosiyasi nəticələri prizmasında epistemoloji yanaşma” mövzusunda məruzə ilə çıxış edən Turanə Əlibəyova Qars müqaviləsi və Şuşa Bəyannaməsinin mətnlərinin fəlsəfi-epistemoloji analizi üzərində dayanaraq, hər iki tarixi sənədin mətni ilə real geosiyasi mənzərə arasında əlaqənin təhlilini verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]