Azərbaycan Dövlət İnformasiya Agentliyi

FERENTS DYURÇAN: “MACARISTAN İLƏ AZƏRBAYCANI BİRLƏŞDİRƏN AMİLLƏR ÇOXDUR”

Xəbər verildiyi kimi, Macarıstanın Baş naziri Ferents Dyurçan Azərbaycanda ikigünlük rəsmi səfərdə olmuşdur. Macarıstan hökumətinin başçısı səfər çərçivəsində AZƏRTAC-a müsahibə vermişdir. Həmin müsahibəni oxuculara təqdim edirik.

-Cənab Baş nazir, Macarıstan ilə Azərbaycan arasında siyasi və humanitar sahələrdə münasibətlər həmişə yüksək səviyyədə olmuşdur. Bu il fevralın 18-19-da Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana dövlət səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur. Həmin səfər zamanı iqtisadi əməkdaşlığın perspektivlərini müəyyənləşdirən bir sıra mühüm sənədlər imzalanmışdır. Bu sənədlərdə müəyyən edilmiş vəzifələr necə yerinə yetirilir?

-Cənab Prezidentin səfərindən sonra Bakıda ölkələrimizin xarici işlər nazirlərinin də görüşü olmuşdur. Biz energetika ilə yanaşı, başqa yeni əməkdaşlıq sahələri axtarırıq. Bu, aqrar sahəyə, yeyinti sənayesinə, suyun və çirkabın təmizlənməsi, dava-dərman istehsalı məsələlərinə aiddir. Azərbaycanın Prezidenti və Baş naziri ilə danışıqlarımız bu sahələrdə qarşılıqlı fəaliyyətin perspektivlərinə və əməkdaşlığın genişləndirilməsinə həsr edilmişdi.

Bir misal çəkmək istəyirəm. Azərbaycanda istifadə olunan dərmanların, demək olar ki, hamısı idxal edilir. Macarıstan Avropada ən iri dava-dərman istehsalçılarından biridir, bu sahədə onun çoxlu tədqiqatları vardır. Təbii ki, ölkələrimizin bu sahəyə marağı qarşılıqlıdır.

-Azərbaycan Avropa İttifaqının “Yeni qonşuluq siyasəti” proqramına qoşulduqdan və energetika sahəsində Aİ ilə strateji tərəfdaşlıq haqqında Memorandum imzalandıqdan sonra Azərbaycan ilə Avropa İttifaqının münasibətlərində yeni mərhələ başlanmışdır. Azərbaycanın Avratlantik qurumlara inteqrasiyasına Macarıstan necə kömək edə bilər?

-Keçid dövrünün nə dərəcədə mürəkkəb olmasını Macarıstan yaxşı bilir. Məhz buna görə, ölkəmiz bu məsələdə, deyək ki, Almaniya və ya Böyük Britaniya ilə müqayisədə daha faydalı ola bilər. Mən bizim topladığımız təcrübəni sizinlə bölüşməyi nəzərdə tuturam. Ümumiyyətlə, mən belə hesab edirəm ki, Azərbaycan çox uğurlu siyasət həyata keçirir və zənnimcə, bizim sayəmizdə Avropa İttifaqı Azərbaycanın istəklərini başa düşə bilər.

-Mərkəzi Avropa ölkələrində Azərbaycanın ilk səfirliyi Budapeştdə açılmışdır. Bu, ölkəmizin Macarıstanla münasibətlərə böyük əhəmiyyət verməsinin göstəricisidir. Bəs, Macarıstan Azərbaycanın regiondakı mövqeyini necə qiymətləndirir? Macarıstanla və bütövlükdə Avropa İttifaqı ilə energetika sahəsində əməkdaşlıq arasında fərq qoymaq lazımdırmı?

-Əvvələn, ümid edirəm ki, bu il biz də Bakıda öz səfirliyimizi aça biləcəyik. Məncə, Azərbaycan bu regionda ən dinamik inkişaf edən dövlətdir. Bu, o deməkdir ki, regionun başqa ölkələri ilə müqayisədə Azərbaycan daha sürətlə inkişaf edəcək, onun iqtisadiyyatı regionda ən güclü iqtisadiyyat olacaq və bütün bunlar, təbii ki, təhsilin, elmin ən yüksək səviyyəyə çatmasına gətirib çıxaracaqdır. Bunun sayəsində Azərbaycanın nüfuzu artacaq, o, regionun əsas dövlətinə çevriləcək, onun nüfuz dairəsi ölkə hüdudlarından kənara çıxacaqdır.

Biz Azərbaycanın inkişafını çox böyük rəğbətlə izləyirik və bu münasibət strateji tərəfdaşlıq haqqında bu ilin fevral ayında imzalanmış sənədlə təsbit olunur. Biz regionun heç bir başqa ölkəsi ilə bu cür saziş bağlamamışıq.

-Macarıstan enerji daşıyıcıları sarıdan xaricdən asılı vəziyyətdədir. Müasir dövrdə enerji təhlükəsizliyi məsələləri xüsusi aktuallıq kəsb edir. Siz ölkəmizin həm enerji ehtiyatları istehsalçısı, həm də tranzit məkan olmasını nəzərə alaraq enerji sahəsində Macarıstanın Azərbaycan ilə əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?

-Əlbəttə, neft və qaz təchizatı məsələsində Macarıstan Rusiyadan çox asılıdır. Biz bu asılılığımızı bir qədər azaltmaq istərdik. Bundan ötrü biz başqa ölkələrdən də qaz almalıyıq. Buna görə də “Nabukko” ideyasını dəstəkləyirik. Təbii ki, bu layihənin həyata keçirilməsi üçün təkcə Azərbaycan kifayət deyil. Azərbaycan qaz istehsalçısı və ixracatçısı kimi çox vacibdir. Türkmənistanı da nəzərə alsaq, Azərbaycan tranzit ölkə kimi müstəsna əhəmiyyətə malikdir. Səfər çərçivəsində apardığımız bütün danışıqlar məndə belə bir qəti inam yaratdı ki, Azərbaycan tranzit ölkə rolunu öz üzərinə götürməyə hazırdır. Bu gün “Nabukko”nun uğurlu olması həm də Azərbaycandan asılıdır.

-Ölkəmizin ilk dəfə iştirak etdiyi “Avroviziya” müsabiqəsində Macarıstanın Azərbaycan nümayəndələrinə birinci yeri verməsi faktını respublikamızda çox yüksək qiymətləndirdilər. Azərbaycanda bunu xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrlə izah edirlər. Bu barədə siz nə fikirləşirsiniz? Ümumiyyətlə, humanitar sahədə əlaqələrin inkişafı haqqında sizin fikrinizi bilmək istərdik.

-Çoxları bilmir ki, macarlar indiki vətənlərinə Asiyadan gəliblər. Macarıstanda Azərbaycan haqqında kifayət qədər çox bilirlər. Onlar ötən əsrin 90-cı illərinin ikinci yarısında ölkədə vəziyyətin sabitləşməsi üçün göstərilən səyləri çox yüksək qiymətləndirirlər və hazırda burada müşahidə olunan inkişafı böyük diqqətlə izləyirlər. Bizim dövlətlərin ərazisi və əhalisinin sayı təxminən eynidir, hər iki dövlət yenidən müstəqillik əldə etmişdir. Xalqlarımız arasında mənəvi yaxınlıq vardır. Hətta futbol komandalarımızın hələlik bizi sevindirə bilməməsi də oxşar problemdir. Bir sözlə, həm sevindirici, həm də təəssüfləndirici hadisələr baxımından ortaq cəhətlərimiz çoxdur.

Əlbəttə, bizim bir-birimizi çox yaxşı tanıdığımızı demək mübaliğə olardı. Mənim fikrimcə, qarşılıqlı turist səfərlərinə çıxanların sayı ildə min nəfərdən çox deyildir. Mədəni sahədə əməkdaşlığı təşkil etmək ideyası yalnız indi yaranmışdır. Ölkələrimizin iqtisadi, mədəni, elmi əlaqələrinin inkişafı üçün hələ çox iş görmək lazımdır.

-Cənab Baş nazir, müsahibəyə görə sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO