FEVRALDA YAĞINTININ SƏVİYYƏSİ NORMADAN AŞAĞI OLACAQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu +4-5 dərəcə (gecə 1-4 dərəcə isti, bəzi günlər 0-2 dərəcə şaxta, gündüz 7-10 dərəcə, bəzi günlər 14-17 dərəcə isti), yağıntının səviyyəsi normadan aşağı (21-24 mm) olacaqdır. Tez-tez şimal-qərb və cənub-şərq küləyi əsəcəkdir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu -1+2 dərəcəyə çatacaq (gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti), yağıntının səviyyəsi normadan aşağı (11-29 mm) olacaq. Bəzi günlər duman olacağı gözlənilir.
Yuxarı Qarabağ, İstisu-Laçın və Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturu -2-+1 dərəcə (gecə 0-5 şaxta, gündüz 7-10 dərəcə isti) təşkil edəcək, yağıntının səviyyəsi normaya yaxın (25-35 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 2-5 dərəcə isti (gecə 2-3, gündüz 8-10 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (15-22 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 0-4 dərəcə isti (gecə 3 -2 dərəcə isti, gündüz 4-8 dərəcə isti), yağıntının səviyyəsinin normaya yaxın (24-53 mm) olacağı gözlənilir.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +4-6 dərəcə (gecə +1-4 dərəcə, gündüz +7-12 dərəcə) isti, yağıntının səviyyəsi normaya yaxın (21-35 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +5-7 dərəcə (gecə +1-4, gündüz +8-10 dərəcə) isti, yağıntının səviyyəsi normadan aşağı (60-105 mm) olacaqdır.