FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları Heydər Əliyev Mərkəzində olublar
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşlarından ibarət növbəti qrupun Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş ekskursiyada əməkdaşlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Ekskursiya zamanı əməkdaşlar Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ziyarətçilər orada Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.