CƏMİYYƏT
FHN-in regional mərkəzlərində ağacəkmə aksiyaları keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal və Gəncə Regional mərkəzləri tərəfindən ağacəkmə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, regional mərkəzlərin şəxsi heyətinin və nazirliyin regionda yerləşən digər qurumlarının nümayəndələrinin iştirak etdiyi aksiyalar müvafiq olaraq Xaçmaz şəhəri, Heydər Əliyev prospektində və Gəncə şəhərində yerləşən Heydər Əliyev park-kompleksinin ərazisində təşkil olunub.
Aksiyalar ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.
Ağacəkmə aksiyalarında regional mərkəzlərin əməkdaşları tərəfindən Eldar, sərv və tuya növlü şam ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.