CƏMİYYƏT
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikinti işlərini dayandırıb VİDEO
Bakı, 19 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, agentliyin mütəxəssisləri tərəfindən Kürdəmir rayonunun Xırdapay kəndində vətəndaş Səmədov Akif Ağa oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkarlanıb.
Göstərilən məsələ ilə əlaqədar FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.