FHN: Şadlıq evində baş vermiş yanğın söndürülüb YENİLƏNİB
Bakı, 19 dekabr, AZƏRTAC
Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdəki yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
10:13
Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [13:42]
Laçın bir cənnətdir - qışı möcüzə VİDEO
- 04.02.2026 [13:08]
Əlilliyi olan gənclərlə bağlı yeni sosial layihəyə start verilib VİDEO
- 04.02.2026 [13:07]
Sumqayıtda evdən məişət əşyaları oğurlayan 2 nəfər saxlanılıb VİDEO
Çovğun müşahidə edilir
- [13:25]
Azərbaycanda mövsümi qrip
- [11:30]
Yussuf En-Nesiri “Əl-İttihad”da
- [10:38]
Ən yaşlı paraşütçüsü vəfat edib
- [08:06]