Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” əsəri şərhlər verilməklə ilk dəfə çap olunacaq
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli cari il ərzində Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” əsərinin şərhlər verilməklə ilk dəfə çap olunacağını diqqətə çatdırıb. Bundan əlavə, Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə Akademiya səviyyəsində, o cümlədən Şamaxıda konfransların keçirilməsinin, Xaqaninin kimliyi, əsərlərinin təhlili ilə bağlı alimlərimizin mətbuatda məqalələrlə çıxışlarının nəzərdə tutulduğunu vurğulayıb.
İclasda AMEA-nın elmi bölmələrinə, müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Xaqani Şirvaninin 900 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması üçün təkliflərin Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]