® Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu beynəlxalq konfransda çıxış edib
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu Hindistanda keçirilən və dünyanın müxtəlif ölkələrindən aparıcı invaziv kardioloqların iştirakı ilə keçirilən CHIP-CTO INDIA 2026 beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib.
Konfransda İsveç və Böyük Britaniyadan olan həmkarları ilə birgə müxtəlif ölkələrdən təqdim olunan canlı invaziv kardioloji əməliyyatların nümayiş olunduğu iki elmi sessiya zamanı mürəkkəb koronar müdaxilələr, xroniki total oklüziyaların (CTO) müasir müalicə yanaşmaları və yeni texnologiyaların müzakirəsini aparıblar.
İlqar Tahiroğlu Mərkəzi Gömrük Hospitalının Kardiologiya komandası tərəfindən aparılmış elmi-tədqiqat işini beynəlxalq auditoriyaya təqdim edib. Təqdim olunan araşdırma iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Qeyd edək ki, CHIP-CTO INDIA konfransı invaziv kardiologiya sahəsində dünyanın aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən canlı əməliyyatlar, elmi sessiyalar və praktiki müzakirələr aparılan nüfuzlu beynəlxalq platformadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [15:25]
ƏSA Teatrının aktyoru: Hər bir gənc uğur qazana bilər
- 04.02.2026 [15:06]
Dövlət Xidməti: Böyükşor gölünə kanalizasiya suları axıdılmır
- 04.02.2026 [14:35]
Güclü külək paytaxtda ağacları aşırdı
- 04.02.2026 [13:42]
Laçın bir cənnətdir - qışı möcüzə VİDEO
- 04.02.2026 [13:08]
Əlilliyi olan gənclərlə bağlı yeni sosial layihəyə start verilib VİDEO
- 04.02.2026 [13:07]