Aİ-də ən yüksək yaş həddinə malik işçilər Almaniyadadır
Bakı, 4 fevral, AZƏRTAC
Almaniya Avropa İttifaqında (Aİ) ən çox əməkqabiliyyətli əhaliyə malikdir.
AZƏRTAC xəbər verir ki, bu məlumat Federal Statistika İdarəsinin Aİ-nin “Eurostat” agentliyinə istinadla apardığı təhlilinin nəticələrinə görə verilib.
“Tagesschau” nəşrinin məlumatına görə, təhlilin nəticələrində qeyd olunub ki, Almaniyanın əməkqabiliyyətli əhalisinin 24 faizi 55-64 yaş arasındadır ki, bu da 40,9 milyon işləyən əhalinin təxminən 9,8 milyonunu təşkil edir. Bu o deməkdir ki, Almaniyada digər Aİ ölkələri ilə müqayisədə yaşlı işçilərin nisbəti daha yüksəkdir və belə bir vəziyyət pensiya sistemi üçün çətinlik yaradır.
Almaniyadan başqa, yaşlı işçilərin yüksək nisbəti İtaliyada (23%) və Bolqarıstanda (22,3%) da müşahidə olunur.
Federal Statistika İdarəsi Almaniyada yaşlı işçilərin yüksək nisbətinin səbəbi kimi əhalinin qocalmasını göstərir. Bundan əlavə, təqaüd yaşının tədricən artırılması Almaniyada insanların daha gec təqaüdə çıxmasına səbəb olur. 2029-cu ilə qədər qanuni pensiya yaşı 67-yə qaldırılacaq.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2025-ci ilin sonlarında Almaniyanın pensiya sisteminə ciddi təzyiq barədə xəbərdarlıq etmişdi. Növbəti 40 il ərzində bu ölkədə əməkqabiliyyətli əhalinin sayı azalacaq. “Buna görə də əmək müddətinin uzadılması gələcəkdə pensiyaların maliyyələşdirilməsi üçün çox vacib olacaq”, - deyə OECD xəbərdarlıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [15:20]
Kermadek adalarında 6,2 bal gücündə zəlzələ olub
- 04.02.2026 [15:07]
Qırğızıstanın ilk külək elektrik stansiyası enerji istehsalına başlayıb
- 04.02.2026 [14:46]
Media: Şimali Koreyada prezident vəzifəsi bərpa edilə bilər
- 04.02.2026 [14:43]
Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçirilir
- 04.02.2026 [14:30]
Rusiya Dövlət Dumasına növbəti seçkilər sentyabrın 20-nə təyin edilib
- 04.02.2026 [14:21]
ABŞ Sudana dair sülh planını “Sülh Şurası”nda müzakirəyə çıxaracaq
- 04.02.2026 [14:00]
İlon Mask sərvəti 800 milyard dollardan çox olan ilk biznesmendir
- 04.02.2026 [13:53]