Şalva Papuaşvili: Gürcüstan ekstremist təzahürlərin tənzimlənməsi ilə bağlı müzakirələr aparır
Tbilisi, 4 fevral, AZƏRTAC
Ekstremizm müasir dövrdə bütün dövlətlər üçün ciddi təhlükə və çağırışdır. Belə halların hüquqi çərçivədə necə tənzimlənə biləcəyi üzərində düşünmək vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu mətbuata açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
O qeyd edib ki, Avropa və Amerika Birləşmiş Ştatlarında ekstremizm, o cümlədən daxili terrorizm əsas problemlərdən biri olaraq qalır və bütün dövlətlər bu təhlükə ilə mübarizə aparır.
Onun sözlərinə görə, Gürcüstanda müşahidə edilən bəzi proseslər – konstitusiya qurumlarının tanınmaması, paralel strukturların yaradılması, dövlət institutlarına qarşı çağırışlar və təhdidlər ekstremist yanaşmaların əlamətləridir və bu hallar hüquqi reaksiya tələb edir.
Parlament sədri Almaniyadakı “Reyxbürger” hərəkatını nümunə göstərərək bildirib ki, həmin ölkədə konstitusiya quruluşunu tanımayan qruplara qarşı sərt tədbirlər görülüb və bu, demokratik dövlətlərin özlərini qoruma mexanizmlərinə malik olduğunu göstərir.
Papuaşvili vurğulayıb ki, Gürcüstan da konstitusiya sisteminə və ictimai təhlükəsizliyə yönəlmiş ekstremist təzahürlərin tənzimlənməsi ilə bağlı müzakirələr aparır. “Bu yanaşma “müdafiə demokratiyası” prinsipinə əsaslanır və dövlətin mövcud demokratik quruluşu qorumaq məsuliyyətindən irəli gəlir. Bütün demokratik dövlətlər demokratiyanı dağıtmağa yönəlmiş çağırışlara qarşı hüquqi mexanizmlərə malikdir və Gürcüstan da bu çərçivədə öz mövqeyini formalaşdırır”, – deyə Papuaşvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [14:43]
Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçirilir
- 04.02.2026 [14:30]
Rusiya Dövlət Dumasına növbəti seçkilər sentyabrın 20-nə təyin edilib
- 04.02.2026 [14:21]
ABŞ Sudana dair sülh planını “Sülh Şurası”nda müzakirəyə çıxaracaq
- 04.02.2026 [14:05]
Aİ-də ən yüksək yaş həddinə malik işçilər Almaniyadadır
- 04.02.2026 [14:00]
İlon Mask sərvəti 800 milyard dollardan çox olan ilk biznesmendir
- 04.02.2026 [13:53]
Çin və Rusiya liderlərinin virtual görüşü olub
- 04.02.2026 [13:38]
Qazaxıstan “Turkish Airlines” ilə əməkdaşlığı genişləndirir
- 04.02.2026 [12:48]
İndoneziyada Semeru vulkanı aktivləşib: 3 saatda 7 püskürmə
Çovğun müşahidə edilir
- [13:25]
Azərbaycanda mövsümi qrip
- [11:30]
Yussuf En-Nesiri “Əl-İttihad”da
- [10:38]