"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ISO 56001:2024 “İnnovasiyalar üzrə İdarəetmə Sistemi” beynəlxalq standartı üzrə 2025-ci il üçün audit prosesi uğurla yekunlaşıb.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Audit Beynəlxalq Standartlaşdırma Təşkilatının üzvü olan Türk Standartlar İnstitutu tərəfindən həyata keçirilib.
Auditin nəticələri Dövlət Agentliyində innovasiya fəaliyyətinin sistemli, davamlı və beynəlxalq tələblərə uyğun şəkildə idarə olunduğunu göstərir.
Xatırladaq ki, Dövlət Agentliyi bu standartı ölkəmizdə ilk tətbiq edən dövlət qurumudur.
Dövlət Agentliyində formalaşdırılan innovativ yanaşmalar “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli təşkili və xidmətlərə əlçatanlığın artırılması məqsədilə tətbiq olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [11:30]
Azərbaycanda mövsümi qrip
- 04.02.2026 [11:10]
Ötən gün 78 cinayətin açılması təmin edilib
Azərbaycanda mövsümi qrip
- [11:30]
Yussuf En-Nesiri “Əl-İttihad”da
- [10:38]
Ən yaşlı paraşütçüsü vəfat edib
- [08:06]
Gənc həkim: Harada bilgi varsa, ona tərəf can atmalıyıq
- 03.02.2026 [23:07]
ABŞ ordusu Ərəbistan dənizində İranın pilotsuz uçuş aparatını vurub
- 03.02.2026 [22:21]
Gürcüstan parlamenti ümumi təhsillə bağlı yeni qaydaları təsdiqləyib
- 03.02.2026 [21:31]
Ali Məclisin İntizam komissiyasının tərkibi təsdiq edilib
- 03.02.2026 [21:08]
Qətər Sinqapur Özəl Daşınmaz Əmlak Fonduna təsisçi investor kimi qoşulub
- 03.02.2026 [21:03]