Qazaxıstan “Turkish Airlines” ilə əməkdaşlığı genişləndirir
Astana, 4 fevral, AZƏRTAC
Qazaxıstanın “KazMunayQaz-Aero” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Türkiyənin “Turkish Airlines” aviaşirkəti ilə Almatı aeroportunda təyyarələrin “qanaddan” yanacaq doldurulması üzrə müqavilə imzalayıb. Sənəd aviaşirkətin həm sərnişin, həm də yük (karqo) reyslərinə xidmət göstərilməsini nəzərdə tutur.
AZƏRTAC “KazMunayQaz-Aero” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatına istinadla xəbər verir ki, əldə edilən razılaşmalar Qazaxıstanda beynəlxalq hava daşıyıcıları üçün reaktiv yanacaq qiymətlərinin sistematik şəkildə endirilməsi, eləcə də Almatı Hava Limanı və onun ixtisaslaşmış operatoru “KazMunayQaz-Aero” şirkətinin əlaqələndirilmiş fəaliyyəti sayəsində mümkün olub.
“Turkish Airlines” aviaşirkətinin Almatı Hava Limanı vasitəsilə yük reyslərinin sayını artırmaq qərarı yük həcmlərini artıracaq və aeroportun əsas beynəlxalq aviasiya və logistika mərkəzi kimi rolunu gücləndirəcək.
Türkiyənin milli aviaşirkəti 131 ölkəyə müntəzəm uçuşlar həyata keçirir. Onun yük bölməsi olan “Turkish Cargo” isə dünya miqyasında 340-dan çox istiqamətə xidmət göstərən qlobal liderdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [14:46]
Media: Şimali Koreyada prezident vəzifəsi bərpa edilə bilər
- 04.02.2026 [14:43]
Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçirilir
- 04.02.2026 [14:30]
Rusiya Dövlət Dumasına növbəti seçkilər sentyabrın 20-nə təyin edilib
- 04.02.2026 [14:21]
ABŞ Sudana dair sülh planını “Sülh Şurası”nda müzakirəyə çıxaracaq
- 04.02.2026 [14:05]
Aİ-də ən yüksək yaş həddinə malik işçilər Almaniyadadır
- 04.02.2026 [14:00]
İlon Mask sərvəti 800 milyard dollardan çox olan ilk biznesmendir
- 04.02.2026 [13:53]
Çin və Rusiya liderlərinin virtual görüşü olub
- 04.02.2026 [12:48]
İndoneziyada Semeru vulkanı aktivləşib: 3 saatda 7 püskürmə
Çovğun müşahidə edilir
- [13:25]
Azərbaycanda mövsümi qrip
- [11:30]
Yussuf En-Nesiri “Əl-İttihad”da
- [10:38]