Sumqayıtda evdən məişət əşyaları oğurlayan 2 nəfər saxlanılıb VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Yanvarın 24-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində iki naməlum şəxs qapısı açıq qalmış bir evin həyətinə daxil olaraq 2 min manat dəyərində məişət əşyalarını oğurlayıblar. Bu barədə zərərçəkən polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı qadın və 35 yaşlı Vaqif Şəfiyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı onların bir müddət əvvəl həmin evi kənardan müşahidə etdikləri və gediş-gəlişin olmamasından istifadə edərək məişət əşyalarını talayıb metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [14:45]
"ABAD"çı: Çalışıram ki, bütün mağazalarda hazırladığım məhsullardan olsun
- 04.02.2026 [14:35]
Güclü külək paytaxtda ağacları aşırdı
- 04.02.2026 [13:42]
Laçın bir cənnətdir - qışı möcüzə VİDEO
- 04.02.2026 [13:08]
Əlilliyi olan gənclərlə bağlı yeni sosial layihəyə start verilib VİDEO
Çovğun müşahidə edilir
- [13:25]
Azərbaycanda mövsümi qrip
- [11:30]
Yussuf En-Nesiri “Əl-İttihad”da
- [10:38]