Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Hümmət Xəlil oğlu Abışova məxsus pendir sexində yoxlama keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.