FİFA növbəti dünya çempionatına qədər futbol qaydalarını dəyişməyə hazırlaşır
Bakı, 11 may (AZƏRTAC). FİFA-nın rəsmi saytı xəbər verir ki, Beynəlxalq Futbol Təşkilatı futbol qaydalarına dəyişikliklər edilməsi imkanlarının müzakirəsinə başlamışdır. Dəyişikliklər 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına qədər edilə bilər.
Oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarının yumşaldılması planlaşdırılır. Əgər hücumçu və müdafiəçi bilavasitə bir-birinin yaxınlığındadırlarsa, o zaman oyundankənar vəziyyət qeydə alınmayacaqdır. Mübahisəli vəziyyətlər hücum edən tərəfin xeyrinə (bu tövsiyə artıq çoxdandır ki, tətbiq edilir) şərh olunacaqdır.
FİFA cərimə meydançasında qaydaların kobud şəkildə pozulmasına görə qırmızı vərəqənin göstərilməsi, 11 metrlik cərimə zərbəsinin təyin edilməsi və bunun nəticəsində futbolçunun oyundan avtomatik kənarlaşdırılması kimi “üçqat cəza” qaydasının yumşaldılmasının mümkünlüyünü nəzərdən keçirir. Çox güman ki, bu qayda dəyişiləcək və hakimlər yalnız sarı vərəqə ilə kifayətlənəcəklər.
Qapılara qol vurulmasının müəyyənləşdirilməsinin (ötən dünya çempionatında qalmaqallar seriyasından sonra bu mövzu çox aktualdır) yeni sisteminin tətbiqi də nəzərdə tutulur. Həmin sistem 2012-ci ildə sınaqdan keçiriləcəkdir.
Futbol qaydalarına dəyişikliklər FİFA-nın cari ilin iyun ayında Sürixdə keçiriləcək konqresində müzakirə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]
“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır
- 09.09.2026 [05:43]
Azərbaycan kayak və kanoeçiləri Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
- 09.09.2026 [01:40]
Çempionlar Liqası: “Sabah”ın rəqiblərinin oyununda qapılara 5 qol vurulub
- 08.09.2026 [22:55]