FIFA prezidenti ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət daxil olub
Bakı, 5 noyabr, AZƏRTAC
Barəsində cinayət işi açılan FIFA prezidenti Canni İnfantino ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət daxil olub.
AZƏRTAC xəbər verir ki, müraciət 2017-ci ildə futbol agentlərinin qanunsuz fəaliyyətlərinin araşdırılmasına başlayan “Sport 7” şirkətinin vəkili Filip Rents tərəfindən edilib.
Şikayətdə italiyalı funksionerin Olimpiya xartiyasının bir neçə bəndini pozduğu üçün dərhal qurumun İcraiyyə Komissiyasına üzvlükdən çıxarılması xahiş olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xidməti sirlərin pozulmasında və cinayət istintaqının aparılmasına mane olmaqda ittiham olunur.
Qeyd edək ki, İnfantino 2020-ci ilin yanvarından Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]